XII Georgi () — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı .
Gəncliyi 10.11.1746də Telavidə II İrakli və Anna Abaşidzenin ilk övladı olaraq dünyaya gəlmişdi. Böyük qardaşı Vaxtanq Baqartioniın 1756-cı ildə ölümündən sonra vəliəhd elan olunmuşdu. 1766-cı ildə Lori mahalı və Pəmbək mahalının idarəsi ona tapşırıldı. Qardaşı Levon Baqrationi ilə birlikdə 1777-ci ildə üsyan edan Ksani eristavlığını ələ keçirmişdi.
Hakimiyyəti
Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə çar elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəlinin təhdidlərindən çəkinən çar Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan çarın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi. 1799-cu ildə I Paveldən kömək istəyən çar Pyotr Kovalenski başçılığında gələn bölüyü xoş qarşılamışdı. Çar 28 dekabr 1800-cü ildə vəfat etdi.Дубровин Николай Федорович. Георгий XII последний царь Грузии и присоединение ее к России. Издательство: Санкт-Петербург, типография департамента уделов, Литейный проспект №39, 1867 год. Оглавление: Глава IX, стр. 163 Rusiyanın yeni çarı olan I Aleksandr isə David Baqrationinin çarlığını tanımadı və Şərqi Gürcüstanı işğal etdi.
Ailəsi
XII Georgi əvvəlcə Kotevan Andronikaşvili ilə sonra isə Mariam Çistişvili ilə evlənmişdi. Oğulları:
David Baqrationi İoan Baqrationi Luarsab Baqrationi Baqrat Baqrationi Solomon Baqrationi Teymuraz Baqrationi Mişel, Cibrail, Elizbar, İosif, Spiridon Baqrationilər Okropir Baqrationi Svimeon və İrakli Baqrationilər Qızları: Varvara (1769—1801) Sofio (1771—1840) Nino (1772—1847) Salome Ripsime (1776—1847) Qayana (1780—1820) Tamar (1788—1850) Anna (1789—1796) Anna (1800—1850)
İstinadlar
Kateqoriya:Gürcülər G