Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası.

Tarixçə 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu. Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975) nəşr edilmişdir.

Yarımçıq qalan operanı Xalq artisti, professor İsmayıl Hacıbəyov bəstələməyə davam etmiş, librettosunu qələmə almışdır. İ.Hacıbəyovun vəfatından sonra yenidən yarımçıq qalan operanın III və IV şəkillərinin orkestrləşdirilməsini bəstəkar Rüfət Xəlilov həyata keçirmiş, şeirlərin mətnini isə Xalq şairi Cabir Novruz yazmışdır.

İstinadlar

Mənbə Ü. Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildi (B., 1964) Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar". Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975.

Xarici keçidlər Fidan Qasımova — Ü. Hacıbəyovun "Firuzə" operasından Firuzənin ariyası Ü. Hacıbəyov Elektron Ensiklopediyasında "Firuzə" operası haqqda

Kateqoriya:Üzeyir Hacıbəyovun operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:1945-ci ildə yarananlar