Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera. Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.
Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur.
Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.
Tarixi Mənbə və mövzular
left|200px|thumb|"Nizami" operasının əsas obrazı — Azərbaycan şairi Nizami Gəncəvinin rəssam Qəzənfər Xalıqov tərəfindən 1940-cı ildə çəkilmiş bədii təsvir portreti, Azərbaycan Milli İncəsənət Muzeyi.Н. М. Миклашевская. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920–1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). — Б.: Элм, 1974. — С. 64. — 178 с.
Nizami yaradıcılığını tanınmış filosof, ədəbiyyatşünas və sənətşünaslar, elm və dövlət xadimləri yüksək qiymətləndirmiş, onun həyatı və əsərləri əsasında müxtəlif mövzularda romanlar, pyeslər yazılmış, şəxsiyyətinə həsr edilmiş poema və şeirlər qoşulmuşdur.
Nizami irsi uzun zamanlar ərzində dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olmuşdu. Azərbaycanda şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində müxtəlif işlər həyata keçirilmiş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf etmişdir. Şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ilin iyul ayının 25-də qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə qeyd olunması mümkün olmuşdur. İkinci Dünya müharibəsinin başlanması səbəbi ilə yubiley günü blokada şəraitində olan Leninqradda Dövlət Ermitajında qeyd edilmişdi. Şairin yubileyi təntənəli surətdə keçirilməsi yalnız 1947-ci ildə Bakıda mümkün olmuşdur. Sözügedən illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə xarakterli tədbirlər həyata keçirilmişdir.
Nizami Gəncəvi həyatı və yaradıcılığının əsas tədqiqatçılarından biri olan Səadət Abdullayeva qeyd edir ki, "Nizaminin yüksək ideyalı əsərlərinə, əlbəttə, bəstəkarlar biganə ola bilməzdilər. Bunu şairin poemaları əsasında klassik musiqinin demək olar ki, bütün janrları üzrə yazılan əsərlər — operalar, baletlər, simfoniyalar, simfonik poemalar, simfonik və xoreoqrafik süitalar göstərir."
Nizaminin sözlərinə xor-poemalar, qarışıq xor ilə fortepiano üçün əsərlər, solist, xor və simfonik orkestr üçün poemalar, səs və kamera orkestri üçün lirik mahnılar yazılmışdır. Onlarla yanaşı, Nizami qəzəllərinə çoxlu sayda mahnı və romanslar da bəstələnmişdir. Səadət Abdullayeva yazır ki, "Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" əsərləri ilə Azərbaycan milli musiqisində yeni — "musiqili qəzəl" və ya "qəzəl-romans" janrının əsası qoyulmuşdur. Maraqlıdır ki, şairin qəzəlləri onlara musiqi qoşulandan sonra daha çox populyar olmuşdur."
Nizami obrazı onun adı ilə adlanan opera və baletdə canlandırılmışdır. Nizami Gəncəvinin xatirəsinə simli simfoniya, vokal-simfonik poema, kantata, vokal-oratoriya, simli kvintet, elegiya, muğam etüdləri, xor əsərləri, poema ithaf olunmuşdur. Nizaminin əsərləri əsasında səhnələşdirilən dram əsərlərini və çəkilən filmləri də musiqi müşayiət edir. Bütün bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində və bəstəkarların yaradıcılıq fəaliyyətinin zənginləşməsində rol oynamışdır.
thumb|right|200px|Əfrasiyab Bədəlbəylinin "Nizami" operasının librettosunu yazarkən süjet və motivlərindən istifadə etdiyi "Qılınc və qələm" romanının müəllifi Məmməd Səid Ordubadinin 1972-ci ildə buraxılmış SSRİ Poçt Markası.
Nizami Gəncəvi həyatı və yaradıcılığının əsas tədqiqatçılarından biri olan Rəşid Şəfəq "Nizami" operasından bəhs edərək qeyd edir:
Səadət Abdullayeva qeyd edir ki, "Bu işdə, təbii ki, Azərbaycan bəstəkarları da kənarda qalmayıblar. Nizaminin poeziyası ilə ruhlanan bəstəkarlar şairin "Xəmsə" əsərini, qəzəlləri və keçdiyi həyat yolu əsasında çoxlu sayda müxtəlif janrda musiqi əsərləri yazmışlar. Bəstəkarların özlərinin etiraflarına görə, şairin humanist ideyası və yaratdığı obrazlar onlar üçün tükənməz ilham mənbəyi olmuşdur. Nizaminin poemalarını musiqişünaslar da şairin yaşadığı dövrün musiqi mədəniyyətinin öyrənilməsində qiymətli örnək saymışlar. Nizami Gəncəvinin əsərlərində musiqinin, bəstəkarların yaradıcılığında şairin obrazı və bədii irsinin əksi məsələlərini ilk dəfə ötən əsrin 40-cı illərində görkəmli bəstəkar, dirijor, musiqişünas, publisist və ictimai xadim Əfrasiyab Bədəlbəyli toxunmuşdur."
Əfrasiyab Bədəlbəyli "Nizami" operasını yaradarkən Azərbaycan-sovet yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivlərindən istifadə etmişdir. Bu roman Nizami dövründə geniş təbəqələrin vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur. Lakin müəllif tək bununla kifayətlənmərək Nizami dövrünün geniş, hərtərəfli hadisələrini ifadə etməyə çalışmışdır.Так, соответственно хронологии, в 1946 году выходят в свет романы "Меч и перо" (ч. I) М. С. Ордубади; в 1947 году — рассказы Э. Мамедханлы; в 1948 году — "Сочинения" Дж. Мамедкулизаде, романы "Меч и перо" (ч. II) и "Тавриз туманный" (кн. 4) М. С. Ордубади, "Сачлы" (ч. II) С. Рагимова, "Апшерон" М. Гусейна, "Наступит день" М. Ибрагимова, альманах "Азербайджанская советская литература" (вып. I); в 1950 году — "Рассказы" А. Велиева, книга рассказаов "Привет тебе, Россия!" М. Ибрагимова, романы "Война" (кн. 2) Абульгасана, "Апшерон" М. Гусейна; в 1951 году — повесть "Гюльшен" А. Велиева, "Произведения" (т. II)…
Yazılması 160px|thumb|left|"Nizami" operasının müəllifi, Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli, 1930-cu illər. 1945-ci ildə başa çatmış Böyük Vətən Müharibəsi Azərbaycan xalqına dinc yaradıcı əməyə qayıtmaq imkanı verdi. Müharibədən sonrakı dinc həyatın yeni şəraitində ədəbi-bədii əsərlərin və incəsənətin bütün növlərinin məzmun və mövzuları diqqəti cəlb edəcək dərəcədə yeniləşdi. Bir çox janrlarda əsərlərin müəlliflərini tarixlə, tarixi keçmişin əlamətdar hadisələri, ədəbiyyat abidələri və xalqın bütün mədəni irsi ilə bağlı mövzular cəlb etməyə başladı.
Yeni mövzular, yeni obrazlar incəsənətin bu və ya digər sahəsində yaradıcılıq diapazonunu genişləndirən yeni janr, forma, ifadə vasitələri axtarışlarına gətirib çıxardı. Zemfira Səfərova qeyd edir ki, "Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapozonu genişlənməsinin əlamətlərindən biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Nizami" operasının milli səhnə üçün yeni janrda tamaşaya qoyulması oldu."
1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyliyə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illiyi münasibətilə opera yazmaq tapşırıldı. Əfrasiyab Bədəlbəyli əsəri ərsəyə gətirsə də, həmin dövrlərdə başlayan İkinci Dünya müharibəsi və Böyük Vətən Müharibəsi "Nizami" operasının səhnə həllinə mane oldu.
Operanın müəllifi Əfrasiyab Bədəlbəyli ilk dəfə olaraq tarixi şəxsiyyət — şair, filosof obrazını milli operada sözügedən dövrədək təqdim olunmamış janrda yaratmaq, beləliklə də, operanı onun yeni növü ilə zənginləşdirmək vəzifəsini qarşısına qoydu. Bəstəkar qarşısına tanınmış şairi musiqidə tərənnüm etmək vəzifəsini qoyan Əfrasiyab Bədəlbəyli ilk dəfə olaraq xalqın tanıdığı və bəşəriyyətin yaxşı cəhətlərini təcəssüm etdirən bir şəxsin canlı obrazını səhnəyə çıxardı. Əfrasiyab Bədəlbəylinin "Nizami" operası 5 pərdə və 6 şəkildən ibarətdir.
Bəstəkar operada tanınmış yazıçı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının məzmununa əsaslanmışdır. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kimi bir sıra romanların müəllifi olan yazıçı "Qılınc və qələm" romanı üçün süjeti fasilə ilə inkişaf edən epik nəql formasını seçir. Hadisələrin iştirakçılarının taleyi ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada mübarizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fəsadı ilə bir-birinə qarışır. Hadisələr XII əsrdə Gəncədə baş verir. Məzmunun əsasını xalqın həyatından götürülmüş ictimai-sosial hadisələr və şair Nizaminin şəxsi həyatı təşkil edir. Romanın baş qəhrəmanı şair Nizami onun şəxsi həyatına və yaradıcılığına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur.
Səhnələşdirilməsi left|150px|thumb|Murtuza Məmmədov (Bülbül) Nizami Gəncəvi rolunda, "Nizami" operasının premyerasından səhnə, 12 dekabr 1948-ci il. 1939-cu il dekabr ayının 13-də "Nizami" operasının birinci pərdəsini Bakı filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri nümayiş etdirmişdilər. Operadan fraqmentlər 1939–1940-cı illərin konsert mövsümündə səslənmişdi. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi səbəbi ilə, operanın premyerası təxirə salınmışdır. "Nizami" operasının ilk premyerası 12 dekabr 1948-ci il tarixində baş tutmuşdur. Nəhayət, operanın ilk tamaşası böyük uğur qazanmışdır. Tamaşanın quruluşunu Azərbaycan SSR Xalq artisti İsmayıl Hidayətzadə vermişdir. Dirijor Əməkdar incəsənət xadimi, "Nizami" operasının müəllifi Əfrasiyab Bədəlbəyli özü idi. Səhnə əsərinin bədii tərtibat işi isə rəssam Fyodor Qusak tərəfindən həyata keçirilmişdir. Rolların ifaçıları: Murtuza Məmmədov (Bülbül) — Nizami Gəncəvi, Sona Mustafayeva — Əzra, Fatma Muxtarova — Rəna, Hüseynağa Hacıbababəyov — Xosrov, Ağababa Bünyadzadə — Hökmdar Qızıl Arslan, Böyükağa Mustafayev — Əmin Xaris və başqaları idi. thumb|right|250px|Operanın ilk premyerası Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilmişdir. Operanın ilk premyerası ilə əlaqədar olaraq Zemfira Səfərova qeyd edir ki, "Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapozonu genişlənməsinin əlamətlərindən biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Nizami" operasının milli səhnə üçün yeni janrda tamaşaya qoyulması oldu. Xatırlatmaq istəyirəm ki, "Nizami" operası Azərbaycan sovet yazıçılarından biri olan Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjetinin motivləri əsasında yazılmışdır. Librettonun müəllifi operanın müəllifi Əfrasiyab Bədəlbəylinin özünə məxsusdur. Dirijorluq işini də Əfrasiyab Bədəlbəyli öz üzərinə götürmüşdü. Baş rollarda Murtuza Məmmədov (Bülbül) — Nizami Gəncəvi, Sona Mustafayeva — Əzra, Fatma Muxtarova — Rəna, Hüseynağa Hacıbababəyov — Xosrov, Ağababa Bünyadzadə — Hökmdar Qızıl Arslan, Böyükağa Mustafayev — Əmin Xaris çıxış edirdilər."