Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə () — İran yazıçısı və tarixçisi.
Həyatı Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi. Misirdən keçərək Parisə getmişdi. İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu. İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi. Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi. Sevgilisini tapıb evləndi.
Seyid Məhəmmədəli Camalzadə 1914-cü idə Dijon universitetinin hüquq fakültəsini bitirdi.
Həmçinin bax Seyid Cəmaləddin Vaiz İsfahani İstinadlar
Xarici keçidlər Məhəmməd Əli Camalzadənin “Yeki bud, yeki nəbud” (“Biri var idi, biri yox idi”) qısa hekayələr toplusuna yazdığı dibaçə (1922). Mohammad-Ali Jamalzadeh en conversation avec Farhad Sepahbodi, YouTube: — Jamalzadeh dans un parc, — Jamalzadeh, le fameux écrivain iranien, — Part 3, — Part 4.id''.
Kateqoriya:İran yazıçıları Kateqoriya:İran tarixçiləri Kateqoriya:Musəvilər Kateqoriya:İran uzunömürlüləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:İsveçrə uzunömürlüləri Kateqoriya:İranın Livandakı səfirləri Kateqoriya:Livandakı İran qürbətçiləri