Vaxtanq Talavoraz (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 71.

Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir.

Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 72 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır. Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 73.

Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik tərəfindən idarə edilən Aşağı Xaçın arasında bölünmüşdür. 1214-cü ildə Xudavəng monastırında Vaxtanqın məzarı üzərində, xanımı Arxuxatun və oğlanları tərəfindən kafedral kilsə inşa edilmişdir.

Həmçinin bax Xaçın knyazlığı Artsak

İstinadlar

Kateqoriya:Xaçın knyazlığı Kateqoriya:Xaçın knyazları Kateqoriya:Arranşahlar