Məmməd Əhməd oğlu Sadıqov () — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Həyatı Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir.
20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Teatr səhnəsindəki rolları "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman)
Filmoqrafiya Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan? (film, 1966) – qarmonçalanın atası Topal Teymur (film, 1983) Yenilməz batalyon (film, 1965) – uryadnik Həmyerlilər (film)
İstinadlar
Xarici keçidlər Unudulmuş, məzarı viran qalan sənətkar Məmməd Sadıqov
Kateqoriya:Azərbaycan aktyorları