Bəziləri isti sevir () və ya Cazda yalnız qızlardır () — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır.

"Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir. Filmin ssenarisində 50-ci illərin əxlaq normaları baxımından qəhrəmanların olduqca ədəbsiz atmacaları və süjet çevrilmələri mövcud idi. Seksual mənaları ifa edən səhnələrin nümayişi, senzura orqanları tərəfindən ənənəvi əxlaq normalarına zidd hərəkət kimi qiymətləndirilmişdir. Bununla belə, lent geniş prokata buraxılır və onun kinoteatrların ekranlarında nümayişi tədricən Hollivudun əxlaq kodeksindən imtinasına gətirib çıxarır. Tənqidçilər filmə əsasən müsbət rəy vermişdilər; mütəxəssislər tərəfindən isə, o, Amerika kino sənayesi tarixində ən yaxşı komediyalarından biri seçilmişdir. Janrların sərbəst qarışığı və müharibədən əvvəlki qanqster filmlərinə edilən parodiya mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Filmin ssenarisi, rejissor işi və aktyor oyunu həm seyirci, həm də jüri tərəfindən bəyənilmişdir. Çatışmazlıqlar arasında isə, tənqidçilər lazımsız epatajlığı və süjetin qeyri-təbiiliyini qeyd etmişdilər. Film üzərində işləyərkən, Merilin Monro ciddi psixoloji böhran yaşayır; o, intihar cəhdindən sonra bir müddət xəstəxanaya yerləşdirilir. Buna görə film üzərində işlərin tamamlanması təxminən 15–18 günə uzadılır, bu isə büdcədə artıq xərclərə səbəb olur. Bununla belə, filmdən alınan gəlir xərcləri qat-qat üstələyir: başlanğıcda 2,8 milyon dollar büdcəsi olan film, yalnız Şimali Amerikada təxminən 7 milyon dollar gəlir əldə edir.

Məhz bu əsər ilə birlikdə Cek Lemmonun rejissor Billi Uaylderlə uzun illər davam edən uğurlu əməkdaşlığı başlayır. Film "Oskar" mükafatını və "Qızıl Qlobusun" daha 3 mükafatını qazanmışdır. Amerika Kinosənəti İnstitutu (AFI) onu bütün zamanların ən yaxşı komediyası elan etmişdir. Filmdə ifa olunan mahnılar, xüsusilə də "I Wanna Be Loved by You" böyük populyarlıq əldə etmişdir. Qəhrəmanların cümlələri sonralar ingilis dilinin danışıq versiyasına daxil edilmişdir.

Məzmunu

Çikaqo, 1929-cu ilin qış ayları, spirtli içki qadağasının qoyulduğu dövr. Xəfiyyə Malliqan informatorun (xəbər verənin) təkidi ilə, kriminal aləmdə "Ağ Getr" ləqəbi ilə tanınan Kolombonun gizli içki müssisəsini bağlayır. Bu müəssisədə çıxış edən iki musiqiçi — saksofonçu Co və kontrabasçı Cerri pulsuz və işsiz qalırlar. Bundan qəzəblənən Kolombo, polisin xəbərçisi "Dişqurdalayan" Çarlini benzindoldurma qarajında taparaq güllələyir. Təsadüfən həmin qaraja gəlmiş musiqiçilər lazımsız şahidə çevrilirlər. Möcüzəvi şəkildə gözdən itən Co və Cerri görkəmini dəyişməyi və qastrola çıxan qadın caz orkestrinə işə düzəlməyi qərara alırlar; onlar qadın paltarlarını geyinərək, özlərini Jozefina və Dafna adlı mövcud olmayan Şeboygen konservatoriyasının məzunları kimi qələmə verirlərSheboygan, — Viskonsin ştatında yerləşən və əhali sayı 50 min nəfər (2010-cu il) olan kiçik bir şəhərdir.

"Gözəlçə Syunun kübar cazı" () qastrol çərçivəsində Florida ştatındakı "Seminole-Ritz" otelinə yollanır. Hələ qatarda Jozefina və Dafna Sugar (yəni Şəkər) ləqəbli orkestrin solisti Dana Kovalçik ilə tanış olurlar. Söhbətcil Dana burbonu xeyli içdikdən sonra yeni tanışlarla ən yaxın planları ilə bölüşür — onun ən böyük arzusu, quşlar kimi qışda cənub sahillərə uçub gələn milyonçuların birisi ilə yeni həyat qurmaqdır. Co seksual və eyni zamanda da yüngülxasiyyət Dana ilə eşqbazlıq etməyi qərara alır.

Orkestr hoteldə yerləşdirilir; buranın kirayənişinləri olduqca yaşlı və varlıdır. Qızlar gündüz istirahət edir, publika önündə isə yalnız axşam çıxış edirlər. Orkestr inzibatçısının oğurlanmış əşyalarını istifadə edən Co, gözəlçə Dananın qarşısında "Şell Oyl" neft imperiyasının varisi Cunior ( — kiçik) obrazında peyda olur və Keri Qrantın tələffüz tərzini təqlid etməyə başlayır. Bütün bu yalanları həqiqət kimi qəbul edən sadə dəmiryolu konduktorunun qızı Dana, özünü pisikdirməmək üçün Şeboygen konservatoriyasını bitirdiyini bildirərək, özünü əsl dünyəvi qadın kimi təqdim edir. Həmin vaxt Dafna-Cerriyə hoteldə istirahət edən yaşlı və ekssentrik milyonçu Üçüncü Osqud Fildinq maraq göstərməyə başlayır. Sadəlövh Dananı aldadan Co-Cunior, onu Osqudun yaxtasına aparır. Heç bir şeydən şübhələnməyən gözəlçə Dana yaxtaya daxil olur və burada o, "neft maqnatının" qadınlarla ünsiyyətdə hiss etdiyi saxta soyuqluğu sağaltmağa çalışır. Bu zaman Osqud Dafnaya öz sevgisini etiraf edir və onunla evlənmək istədiyini bildirir; o, bunun üçün Dafnaya (yəni Cerriyə) brilyantlarla örtülmüş qiymətli qolbağı hədiyyə edir. Qız roluna tamamilə alışmış Dafna-Cerri tələsik boşanmaya və ömürlük alimentlərə ümid edərək, milyonçunun təklifini qəbul edir.

Bu arada, italyan mafiyası "İtaliya Opera Həvəskarlarının Qurultayı" adlı yığıncağın qonaqları qismində maskalanaraq, hotelə daxil olurlar. Co və Cerri yenidən xilas olmalıdırlar; Kolombo və burada iştirak edən digər mafiya üzvləri onları tanıyırlar. Musiqiçilər qaçarkən, təsadüfən başqa bir qanqster məclisinə daxil olurlar və artıq burada hər kəs Kolombonun namərd qətlinin şahidi olurlar. İndi onları bütün mafiya üzvləri axtarır. Co yola düşərkən, otel nömrəsindən gözəlçə Danaya zəng vurur və özünü yenə də milyonçu Cunior kimi təqdim edir. O, münasibətləri davam etdirməyin mümkünsüz olduğunu bildirərək, təcili yola düşmək barədə ona məlumat verir və vidalaşır.

Musiqiçilər hoteldən qaçaraq, Dafnanın həyat yoldaşının köməyinə əl atmağı qərara alırlar. Qarşısında ölüm təhlükəsi olduğunu anlayan Co, çarəsiz Danaya vida öpüşünü bağışlamağa yetişir və ona hər şeyi etiraf edir. Gözəlçə Dana sevdiyi şəxsin ardınca getməyi arzuladığını bildirərək, deyilən hər bir yalan sözü bağışlayır. Qaçaqlar Osqud Fildinqin motorlu qayığına minərək, mafiya üzvlərindən xilas olurlar. Sonda Cerri aşiq milyonçuya nigayın mümkünsüz olacağını izah etməyə çalışır. Bütün arqumentlərin tükəndiyini görən Cerri, başındakı pariki çıxarır və kişi olduğunu elan edir, lakin Fildinq buna təmkinlə cavab verir: "Hərənin öz çatışmazlığı vardır!" ().

Rollarda Merilin Monro — "Gözəlçə" (Dana Kovalçik) Toni Körtis — Co / Jozefina (qadın səsini Pol Friz dublyaj etmişdir (en)) Cek Lemmon — Cerri / Dafna Corc Raft — Kolombo "Ağ Getrlər" Pet O'Brayen (en) — Malliqan, xəfiyyə Co E. Braun (en) — Üçüncü Osqud Fildinq Nehemiya Persoff (en) — "Kiçik Bonapart", mafiyanın başçısı Coan Şouli (en) — Gözəlçə Syu, orkestrin dirijoru Billi Qrey (en) — Siq Polyakoff, musiqi meneceri Corc E. Stoun (en) — "Dişqurdalayan" Çarli, xəbərçi Barri Deyv (en) — Baynstok, inzibatçı Beverli Uills — Dolores, gözəlçə Dananın hoteldəki qonşusu Mayk Mazurki — Kolombonun dəstəsinə qoşulmuş qanqsterlərdən birisi Çəkiliş qrupu ssenari müəllifi — İ. A. L. Daymond, Billi Uaylder prodüser — İ. A. L. Daymond, Billi Uaylder, Don Harrison (en) rejissor — Billi Uaylder bəstəkar — Adolf Doyç (en) quruluşçu operator — Çarlz Lenq (en) montajçı — Artur P. Şmidt (en) aktyor seçimi — Fil Bencamin quruluşçu rəssam — Ted Heyvort (en) dekorçu — Edvard Ci Boyl (en) kostyumçu — Orri-Kelli (en) qrimçi — Emili Lavin xüsusi effektlərin quruluşçusu — Milt Rays, Deniel Xayes səs operatoru — Fred Lau

İstehsal

İstehsaldan öncəki dövr

1950-ci ilə kimi ABŞ kinematoqrafiyasında studiya sistemi (house style) hakim mövqe tuturdu. Həmin studiyalara bütün istehsal gücləri (texnika, pavilyonlar, dekorasiyalar) məxsus idi və onların hər biri müxtəlif janrlarda (vestern, qanqster filmi, müzikl və s.) ixtisaslaşmışdılar. Bu vertikal çərçivəsində, kino ulduzlar "Böyük altılıqla" sərt müqavilə öhdəlikləri ilə bağlı idilər. 1930–1950-ci illərin səciyyəvi xüsusiyyətlərindən birisi də, həmin dövrsə fəaliyyət göstərən rejissorların yol verilən ekran əxlaqının çərçivələrinə ciddi şəkildə nəzarət edən Heys kodeksindən asılı olmaları idi.

1950-ci illərin ortalarında ABŞ kinoistehsalında qlobal dəyişikliklər baş verir. Studiya sisteminin yerinə müstəqil istehsal sistemi gəlməyə başladı (amerikalılar bu sistemi Package-unit system adlandırmışdılar). Konkret film yaradılarkən, ən münasib icraçı və mütəxəssislərdən ibarət "paket" formalaşırdı. Bu cür yanaşmanın ilk nümunələrindən biri "Gənc aslanlar" filmi olur. 1957-ci ildə yaradılmış Mirisch Brothers şirkəti (en) yeni nəslin müstəqil prodüserləşdirmə mərkəzinə çevrilir. Miriş qardaşları kinopavilyon və dekorasiyalara sahib deyildilər, onlar bütün avadanlıqları çəkiliş zamanı icarəyə götürürdülər. Onlar kinoulduzları, eləcə də bütün personalı hər yeni film üçün birdəfəlik frilanser (yəni ştatdankənar işçi) kimi işə götürürdülər. Ulduzlar artıq fiksajlanmış məbləği deyil, filmin nümayişlərdən əldə etdiyi gəlirin faizinə razılaşırdılar və beləliklə, onların gəlirləri kəskin artırdı.

1958-ci ildə Billi Uaylder "azad agent" kimi ölkənin aparıcı rejissorlarından biri olur. Növbəti müqaviləni o və onun Ashton Productions adlı şirkəti məhz Mirisch Brothers-lə bağlayır. Uaylderin sonuncu filmləri dəyişkən uğura malik idi. Mirisch Brothers-in birgə prodüserliyi ilə ekranlaşdırılmış "Sent-Luis ruhu" və "Günortadan sonra məhəbbət" filmləri tənqidçiləri tərəfindən yaxşı qəbul edilmişdir, lakin kifayət qədər gəlir əldə edə bilmir. 1957-ci ilin sonlarında çıxan "İttiham şahidi" filmi (ru) kifayət qədər pul qazanır və Uaylderin məhz kommersiya rejissoru olduğunu təsdiqləyir.

Ssenari 180px|thumb|left|Billi Uaylder və Qloriya Svenson, 1950-ci illər Əslən Şərqi Avropadan olan Billi Uaylder və İzi Daymond 1955-ci ildə tanış olurlar. Onların ilk birgə işi sayılan "Günortadan sonra məhəbbət" filminin çəkilişləri nəhayət 1957-ci ildə bitdikdən sonra, növbəti layihənin icrasına start verilir. Studiya sisteminin tədricən aradan qalxması film müəlliflərinin əhvalına təsir göstərir. Uaylder müsahibələrin birində bildirdiyinə görə, rəhbərliyi altında ekranlaşdırılan "Yeddinci il gicişməsi" filmində senzura ilə əlaqədar başlanğıcda düşünülmüş səhnələrin bir çoxu reallaşmamışdır və o, sonralar bir çox problemlərlə üzləşmişdir. Burada isə Miriş qardaşları və prodüserlər tərəfindən rejissor Uayldera kart-blanş verilmişdirCameron Crowe: Hat es Spaß gemacht, Mr. Wilder? engl. Originaltitel: Conversations with Wilder. Diana Verlag, 2000, ISBN 3-8284-5031-8, S. 161.. "Onlar məndən soruşdular ki, filmin adı nə olacaq, film nə haqqında olacaq və filmdə kimlər oynayacaq — daha böyük bir azadlıq haqqında heç fikirləşmək də olmazdı — deyə o qeyd edir, — lakin hər şeydən əvvəl mən Keri Qrant və ya Robert Hatton (en) kimi ssenari yazmalı idim"Glenn Hopp: Billy Wilder, sämtliche Filme. Taschen Verlag, Köln 2003, ISBN 3-8228-1685-X, S. 122.. İndi cəmi bir məsələ qalırdı uyğun aktyor azaddırmı və təklif onu qane edəcəkmi.