thumb|Sankulot (solda), kulot (dizlikli şalvar — bric) geymiş barabançı (sağda) XIX əsr Sanskulotlar ( = — inkar şəkilçisi + — = ,) — Parisdə inqilab əhvali-ruhiyyəli kasıb insanlara Böyük Fransa inqilabı dövründə verilmiş ad. Ad sözündən götürülmüşdür, mənası dizliksiz və ya bricsiz deməkdir. XVIII əsrdə varlı, əsilli kişilər, zadəganlar uzun corabla dizə qədər olan dar şalvar ya tuman, kasıblar isə uzun şalvar geyərmişlər. Bu məqsədlə də kasıb və yoxsul zümrəni "dizliksizlər" — sanskulotlar adlandırılırdılar.
Kateqoriya:Fransa tarixi Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:XVIII əsrin üsyanları Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Peyorativlər