Vaqif İbrahimoğlu () — Azərbaycan novator teatr rejissoru.Səfa, M. "Vaqif İbrahimoğlu kimi ustadım olub": Məmməd Səfa: "Sənət fərdi yanaşmanı, fərdi işi daha çox xoşlayır": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Türküstan.- 2015.- 7–21 noyabr.- S.16.
Həyatı Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdır. 1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır. 1989-cu ildən YUĞ Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu almışdır.
Vaqif İbrahimoğlu "YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat etmişdir."2010–2011-ci illərdə dünyasını dəyişən kino işçiləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Xatirəsi 2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilmişdir.
Filmoqrafiya Dantenin yubileyi (film, 1978) Bağlı qapı (film, 1981) Əlavə iz (film, 1981) Qəm pəncərəsi (film, 1986) Qurama (film, 1995) Otel otağı (film, 1998) Dağın nəvəsi (film, 2002) Pəri qala (film, 2007) Sahə (film, 2010)
İstinadlar
Xarici keçidlər Həsənağa Turabov erməni qadınını necə susdurdu? "Yuğ"un gələcək aqibəti — Vaqif İbrahimoğlu yenə "Yuğ"da "yaşayacaqmı?" https://publika.az/news/musahibe2/56512.html
Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları