Zeynalov Tofiq Məhəmmədəli oğlu () — 1991–1992 və 2007–2018-ci illərdə Tovuz rayonu İcra hakimiyyətinin başçısı.

Həyatı Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlamışdır. 1964–1967-ci illər hərbi xidmətdə olub.

1971-ci ildə Tovuz rayon Komsomol Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. 1971–1973-cü illərdə Tovuz rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri işləyib. 1973–1976-cı ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib. 1976–1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

1978–1982-ci illərdə Tovuz şəhər 155 №-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. 1982–1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1985–1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 1986–1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib. 1989–1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib.

1990–1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib. 1993–1999-cu illərdə M. B. Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib. 2000–2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində işləyib. 2002–2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.

11 sentyabr 2024-cü ildə vəfat edib.

Ailəsi Ailəlidir. 4 övladı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.

İctimai-siyasi fəaliyyəti 1991–1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvü idi.

İstinadlar

Kateqoriya:Tovuz Rayon İcra Hakimiyyətinin başçıları