Tofiy Rəşid oğlu Yaqublu () — azərbaycanlı siyasətçi, publisist; Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini (1992–1993), Müsavat Partiyasının və Milli Şuranın üzvü; Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü (2016—), Müsavat Partiyasının başqan müavini (2010–2018), Müsavat Divanının üzvü (2010–2019); Azərbaycan müxalifətinin liderlərindən biri və İlham Əliyevin sərt tənqidçisi. Siyasi fəaliyyətinə və tənqidlərinə görə o və ailə üzvləri dəfələrlə təqiblərlə, tzyiqlərlə və işgəncələrlə üzləşib. Tofiq Yaqublu 1998, 2013, 2020 və 2023-cü illərdə olmaqla dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib, 2011, 2019 və 2022-ci illərdə isə inzibati qayda da həbs edilib. Həbsləri beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub, özü isə siyasi məhbus olaraq tanınıb. Ümumi olaraq fasilələrlə dörd ildən çox həbsxanada siyasi məhbus həyatı yaşayıb.

Tofiq Yaqublu birinci dəfə 1998-ci il prezident seçimlərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvavələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib. İstintaq müddətində həbsdə saxlanılan Yaqublu sonda Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası almışdı. Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

Daha sonra o, 2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib. Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib. 2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.

2020-ci ilin martından isə bu səfər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə həbs edilib. Hüquq müdafiəçinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Tofiq Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

Son olaraq vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası zamanı, 2023-cü il dekabrın 14-də həbs edilib. Bu səfər onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Bu həbsi də beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub.

Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.

Həyatı Tofiq Yaqublu 6 fevral 1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu qəsəbəsində Rəşid və Hürmələk Yaqubovların ailəsində anadan olub. Azərbaycan Kooperasiya Universitetində təhsil alıb.

Tofiq Yaqublu ictimai-siyasi proseslərə 27 yaşında, 1988-ci ildə Azərbaycanın dövlət müstəqilliyi uğrunda başlanan Milli Azadlıq Hərəkatının fəalı olması ilə qoşulub. 1989–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. Könüllü olaraq 1992-ci ildə Birinci Qarabağ müharibəsinə yollanıb. Rota Komandiri vəzifəsində cəbhənin Ağdərə istiqamətində gedən hərbi əməliyyatlarda fərqlənib.

Tofiq Yaqublu 1998-ci ildən etibarən dövrü mətbuatda yazılarla çıxış edib. Yaqublu "Azadlıq" və "Bizim Yol" qəzetlərinin icmalçısı olub, uzun illər "Yeni Müsavat" qəzetində köşə yazıları yazıb.

Siyasi fəaliyyəti 1992–1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası Binəqədi Rayon Şöbəsinin sədri, Müsavat Məclisinin üzvü, Müsavat Məclisinin Katibi, Müsavat Divanının üzvü olub.

2010–2019-cu illərdə Müsavat Divanının üzvü olub. 16 yanvar 2010-cu ildə Müsavat Partiyası sədrinin müavini vəzifəsinə seçilib. 14 fevral 2018-ci ildə bu vəzifədən istefa verib.

2003-cü il prezident seçimlərindən əvvəl, martda qurulan Bizim Azərbaycan Blokunun təsisçilərindən olub.

2005–2010-cu illərdə Milli Məclisin deputatı Arzu Səmədbəylinin köməkçisi olub.

7 noyabr 2010-cu il parlament seçimlərində 26 saylı Sabunçu birinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizədi olaraq deputatlığa namizəd olub, 1680 səs səs toplayaraq seçimləri üçüncü sırada bitirib. Avropa Parlamenti, ATƏT və Avropa Şurasının müşahidəçiləri və müxalifət qrupları həmin səsverməni ədalətsiz olaraq qiymətləndirib, seçimlərin "media azadlığı və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması" şəraitində baş tutduğunu bildirib, seçimləri "qeyri-bərabər oyun meydanı" adlandırıb.

Tofiq Yaqublu parlament seçimlərindən sonra qurulan İctimai Palatının fəalı olub. Yaqublu İctimai Palatanın 2011-ci il aprelin 2-də Fəvvarələr meydanında baş tutan mitinqi zamanı polislər tərəfindən saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin dövrdə qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə onun barəsində 8 gün müddətinə inzibati həbs cəzası seçilib.

İctimai Palatanının 2012-ci il mayın 24-də baş tutan mitinqi zamanı isə Tofiq Yaqublu qızları Nərgiz və Nigarla birgə polislər tərəfindən saxlanılıb.

2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib. Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib. 2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.

2013-cü il prezident seçimlərindən əvvəl, 7 iyun 2013-cü ildə qurulan Milli Şuranın üzvlərindən olub. 4 iyun 2016-cı ildə Milli Şuranın sessiyasında qurumun Koordinasiya Mərkəzinin üzvü seçilib. 2016-cı ilin sentyabrında Strasburqda Avropa Şurası Parlament Assambleyasında Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muijniehlə görüşüb. Strasburq səfəri zamanı Tofiq Yaqublu Azərbaycanı Avropa Şurasının ən repressiv üzvü adlandırıb. Milli Şuranın 8 aprel 2017-ci ildə "Korrupsiyaya son, Monarxiyaya yox!" şüarı ilə baş tutan mitinqinin təşkilatçılarından olub.

2018-ci il prezident seçimlərindən əvvəl, martın 31-də Məhsul stadionunda baş tutan müxalifətin birgə mitinqində çıxış edib. 2019-cu ilin yanvarından həbsdə olan bloger Mehman Hüseynova əlavə cinayət işinin açılmasına etiraz olaraq 12 gün aclıq edib (4–16 yanvar). Milli Şuranın 19 yanvar 2019-cu ildə Məhsul stadionunda baş tutan siyasi məhbuslara azadlıq mitinqində çıxış edib.

Milli Şuranın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü ilə bağlı 2019-cu il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində abidəsi önündə baş tutan tədbirindən 2 gün sonra, mayın 30-da Abşeron Rayon Məhkəməsi Tofiq Yaqublu İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinin (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) pozulmasında təqsirli bilib və onu 300 manat məbləğində cərimə edib.

2019-cu ilin sentyabrında Tofiq Yaqublu Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürdü. Təbliğat müddəti zamanı Yaqublu Qəbələ rayonunda müsavatçılarla görüşə gedən zaman polislər tərəfindən saxlanıldı. Qəbələ Rayon Polis İdarəsinin rəis müavini və cinayət axtarış şöbəsinin rəisi onu və başqanlığa digər namizəd Yadigar Sadıqlını polis idarəsinə apardı, bir neçə saat idarədə söhbət apardıqdan sonra Yaqublu və Sadıqlını rayon ərazisindən uzaqlaşdıraraq sərbəst buraxdı. Oktyabrın 13-də baş tutan və 265 nümayəndənin qatıldığı Müsavat Partiyasının IX qurultayında çıxışı zamanı Tofiq Yaqublu partiyanın 1992-ci ildən İsa Qəmbər, ardınca Arif Hacılı tərəfindən idarə edildyini, yəni eyni komanda olduğunu vurğuladı, artıq partiyaya yeni idarəetmə üsulu və nəfəsin gəlmə olduğunu bildirdi. Həmçinin partiyanın başqanı olarsa, müxalifətin real birliyi yaranacağını da vurğuladı. Səsvermə nəticələrinə əsasən Tofiq Yaqublu 51 səs, Yadigar Sadıqlı 20 səs, Arif Hacılı isə 261 səs aldı və nəticədə Hacılı növbəti dəfə partiya sədri seçildi.

Tofiq Yaqublu 2020-ci ilin martından bu səfər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə həbs edilib. Hüquq müdafiəçinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Tofiq Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

Tofiq Yaqublu 2023–2024-cü illərdə vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası zamanı, 2023-cü il dekabrın 14-də həbs edilib. Bu səfər onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Bu həbsi də beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub.

Həbsləri

1998-ci ildə həbsi 1998-ci il prezident seçimlərindən əvvəl, 12 sentyabr 1998-ci ildə müxalifətin mitinqinə qatıldığına görə həbs edilmişdi. İstintaq müddətində həbsdə saxlanılan Yaqublu sonda Nizami Rayon Məhkəməsinin hakimi Ələddin Cəfərovun qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası almışdı. Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

2011-ci ildə həbsi Tofiq Yaqublu parlament seçimlərindən sonra təsis edilən İctimai Palatının fəallarından olub. Tofiq Yaqublu İctimai Palatanın 2011-ci il aprelin 2-də Fəvvarələr meydanında baş tutan mitinqi zamanı polislər tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin dövrdə qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə onun barəsində 8 gün müddətinə inzibati həbs cəzası seçilib. İctimai Palata bəyanatında mitinq zamanı baş verən həbsləri qanunsuz adlandırıb, Azərbaycan iqtidarını həbs edilənləri dərhal sərbəst buraxmağa çağırıb. "Yeni Müsavat" qəzetinin xəbərinə əsasən Tofiq Yaqublunu polislər idarədə xüsusi amansızlıqla döyüblər, qasığına xəsarət yetiriblər. Tofiq Yaqublunun dediyinə görə, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Neymətov və Cavid adlı polis serjantı döyüb. Tofiq Yaqublunun vəkili Akif Əlizadə müvəqqəti saxlama təcridxanasının rəhbərliyi qarşısında Tofiq Yaqublu üçün tibbi müayinənin aparılması haqda məsələ qaldırsa da, bu qərar icra olunmayıb. Tofiq Yaqublu azadlıqda buraxıldıqdan sonra həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. 2020-ci il yanvarın 30-da AİHM Tofiq Yaqublu və Əhədov Azərbaycana qarşı işi üzrə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək hüquqlarının pozuntusunu tanıyıb. AİHM qərarına əsasən Azərbaycan iqtidarı bu pozuntulara görə, Tofiq Yaqubluya 16900 avro təzminat ödəməli olub.

2013-cü ildə həbsi