Rüstəmov Akif Zəbi oğlu () — Azərbaycan rejissoru,Azəri, L. Sənətin sirri açılanda: [rejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov haqqında] //Mədəniyyət.- 2015.- 20 noyabr.- S.10. ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000).Rüstəmov, A. Bir rejissorun ilk müsahibəsi: ["Azərbaycanfilm" kinostudiyasının rejissoru, Əməkdar Mədəniyyət işçisi Akif Rüstəmovla söhbət] /müsahibəni apardı Təranə Vahid //Mədəniyyət.- 2013.- 17 may.- S. 10. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024-cü ildən).
Həyatı Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür
Filmoqrafiya Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!... (film, 2002) Küçələrə su səpmişəm (film, 2004) Girov (film, 2005) Unudulmuş qəhrəman (film, 2005) Qala (film, 2008) Hökmdarın taleyi (film, 2008) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — ikinci rejissor Sübhün səfiri (film, 2012) Eviniz abad (film)
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri