Vahid Həbib oğlu Bağırov () — Azərbaycan Respublikasının əməkdar jurnalisti."Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 4 may 1991-ci il tarixli, 200 nömrəli Fərmanı. e-qanun.az

Həyatı Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır.

1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

1970-ci ildə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə qəbul olub və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir.

1979-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXII partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.

7-ci, 8-ci və 9-cu çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

1980-ci ildə jurnalist fəaliyyətinə qayıtmış və "Sovet Naxçıvanı" və "Советская Нахичевань" ("Sovetskaya Naxiçevan") qəzetlərinin redaktor müavini vəzifəsində calışmışdır.

1985-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXV partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosunun qərarına əsasən 1989-cü ildən Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilmişdir.

1993-cü ildə "Vətən" cəmiyyəti Naxçıvan şöbəsinin sədri vəzifəsində calişmışdır.

Mükafatları 13.04.1970 — ""Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı 23.02.1978 — "Qırmızı əmək bayrağı" ordeni 04.05.1991 — "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin katibləri Kateqoriya:Naxçıvan Televiziyasının sədrləri Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər