Əliməmməd Mali oğlu Nuriyev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri.
Həyatı 1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir.
Evlidir, 2 övladı var.
Siyasi fəaliyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa vermişdir.
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Kateqoriya:Yurd İctimai Birliyinin üzvləri