Məmmədağa Hüseynağa oğlu Hüseynov () — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).

Həyatı Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır.

Mükafatları Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000

Filmoqrafiya Asif, Vasif, Ağasif (film, 1983) Bahar rəqsləri (film, 1962) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Dağlarda döyüş (film, 1967) Əhməd haradadır? (film, 1963) Əlavə iz (film, 1981) Fəallıq (film, 1975) Görüş (film, 1955) Xalq istedadları (film, 1967) Xoşbəxtlik qayğıları (film, 1976) İntizar (film, 1969) Kölgələr sürünür (film, 1958) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qələbənin yolları (film, 1976) Qızıl qaz (film, 1972) Qocalar, qocalar... (film, 1982) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Ögey ana (film, 1958) Ömrün səhifələri (film, 1974) Səhər (film, 1960) Sehrli xalat (film, 1964)

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Respublikasının xalq rəssamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ film rəssamları