Əli Davud oğlu Əhmədov () — çəkməçi, "Əməkdar mədəniyyət işçisi" (19. sentyabr 1991)

Həyatı Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub"Aynadakı mən" verilişi (Xəzər TV). Adını nənəsi qoyub.

Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur. 1952-ci ilə qədər burada çalışmışdır.

Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin "Xəmsə"sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir.

1952-ci ildə doğulduğu Şəkidən Bakıya köçmüşdür. Əvvəlcə burda bir sexdə işləmişdir. 1959-cu ildə isə xalq artisti Əlibaba Abdullayev onu Dövlət Filarmoniyasına işə götürmüşdür.

1954–1957-ci illərdə Sibirdə və Almatıda hərbi xidmətdə olmuşdur.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında rəqqaslarının ayaq geyimlərini çəkməçi Əli kişi tikir.

Əli dayı 25 il tanınmış rəssam Tahir Salahova, Aşıq Şəmşirə, Rəşid Behbudova və başqalarına ayaqqabı tikmişdir.

Əli Əhmədov 19 sentyabr 1991-ci ildə "M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 1991-ci il tarixli 345 nömrəli Fərmanı "Əməkdar mədəniyyət işçisi" adını alıb.

Onun haqqında 20 şair şeir yazıb, 52 qəzet məqalə dərc edib. Onun şairlərdən yaxın dostu Bəxtiyar Vahabzadə olmuşdur.

Onun haqqında yazan müəlliflər içərisində Osman Mirzəyev, Hacıbaba Hüseynov da var. Yaxın günlərdə ona kitab bağışlayanlardan biri də Vaqif Səmədoğlu olub.

Rima Kazakovanın "Master Ali", onun türk variantı olan və Ankarada çapdan çıxan "Qonduraçı Ali" şeiri də Əli Əhmədova həsr olunub.

Həmçinin bax Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı

İstinadlar

Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri