Üzeyir Bəxtiyar oğlu Mehdizadə () — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı.
Həyatı və yaradıcılığı Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. Onun atası Bəxtiyar Mehdizadə 1963-cü ildə Gədəbəy rayonunda anadan olub.
1995-ci ildə 114 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.
2010-cu ildə "O, olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuz da bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.
2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, həmçinin 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir.
Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni, Almaniyanı, Rusiyanı, Özbəkistanı, Qazaxıstanı, Ukraynanı və.s qeyd etmək olar.
Üzeyir Mehdizadə 2018-ci ildə ailə həyatı qurmuşdur.Üzeyir Mehdizadə evləndi — FOTO, VİDEO . az.baku.ws, 02.07.2018
Ailəsi Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı var. Evlidir.
Mənbə Üzeyir Mehdizadə Kulisə danışdı. Milli. Az lent.az-a istinadən müğənni Üzeyir Mehdizadə müsahibəsini təqdim edir. Xəbərin yayınlanma tarixi: 24 yanvar 2014.
İstinadlar
Xarici keçidlər
Üzeyir Mehdizadənin "YouTube" kanalı Apple Music — Uzeyir Mehdizade
Kateqoriya:Meyxanaçılar