Nayl Horan (tam adı: Nayl Ceyms Horan; ) — İrlandiya müğənnisi. 2010-cu illərdə məşhur olan “One Direction” qrupunun üzlərindən biri.
Nayl qrupun 2016-cı ildə fasilə verməsinin ardınca Capitol Records şirkəti ilə müqavilə bağlayıb. O, üç studiya albomu çıxarıb: “Flicker” (2017), “Heartbreak Weather” (2020) və “The Show” (2023). Naylın debüt albomu İrlandiya və ABŞ-də ən çox satılan albomlardan birinə çevrilib. Albomun sinqlları “This Town” və “Slow Hands” bir çox ölkədə musiqi cərgələrinin ilk sıralarına daxil olub.
Həyatı Nayl Ceyms Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Onun 1987-ci il təvəllüdlü Qreq adlı böyük qardaşı var. Naylın 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda anaları ilə yaşamışlar. Naylın uşaq ilən astması var idi.
18 yaşında olarkən X factor adlanan yarışmaya gedir və səsi ilə hər kəsi valeh edir. Daha sonra 5 nəfər ilə birləşib One Direction adlanan musiqi qrupu yaradır. Hal-hazırda dünyada tanınırlar və milyonlarla pərəstişkarları var.
Filmoqrafiya "This is us (film, 2013)" "Where we are (film, 2014)" "Bu bizik (film, 2013)"
Albomlar Flicker (2017) Heartbreak Weather (2020) The Show (2023)
Konsert Turları "Up all night turu (2011–12)" "Take me home turu (2013)" "Where we are turu (2014)"
Kateqoriya:Shorty Award laureatları