Həyat ağacı () — Terrens Malikin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş ABŞ filmi.

Məzmun Filmin ideyası Terens Malikin ağlına hələ 70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə filmin çəkilişlərinə başlandı. Baş rolları Mel Gibson və Kolin Farel canlandıracaqdı. Amma filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin oktyabrında isə filmin yenidən çəkilməsinə qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin ölümü onun rolunu Bred Pitə nəsib etdi.

68 yaşlı rejissorun bu filmi 2011-ci ilin Kann kinofestivalında baş mükafatı — "Qızıl Palma Budağı"nı qazanmışdır.

Bu film bir insanın taleyidir. Filmdəki hadisələr 11 yaşlı uşağın gözü ilə verilir. Uşaq böyümək ərəfəsində suallara özü cavab axtarır. Valideynlərinin, qonşularının, qardaşlarının sayəsində qayğı, sevgi, qadağaları qavrayır. Bu ona o qədər də xoş deyil. Çünki obraza xoş olan da elə məhz qadağalardır. Bu isə onu qəddar edə bilər.

Terens Malik həyatı boyu cəmi 6 film çəkib. Rejissor bu filmi ilə illərlə hamıdan gizli topladığı duyğular kompozisiyasını, bütün potensialını ortaya qoymuşdur. Filmin müddəti 138 dəqiqədir. Heç bir gözlənilməz sonluq olmadan bitir. Filmin estetikası, fəlsəfəsi, önəmi tamaşaçılarda gözəl iz buraxmağı bacarır. Film bütün yaş kateqoriyasına daxil tamaşaçılar üçün nəzərdə tutulmuşdur.

Rollarda Bred Pitt — Mister O'Brien Şon Penn — Cek O'Brien Cessika Çesteyn

İstinadlar

Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:Qızıl Palma Budağı qalibləri Kateqoriya:Plan B Entertainment filmləri Kateqoriya:Filmlərdə magik realizm Kateqoriya:Din haqqında filmlər Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:Fox Searchlight Pictures filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində fentezi filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Aleksandr Desplatın film musiqiləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:Texasda çəkilmiş filmlər Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Romada çəkilmiş filmlər