Sona Piri qızı Nuriyeva () — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri.
Həyatı 15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub.
Sona Nuriyeva ilk azərbaycanlı təyyarəçi qadınlardan, həmçinin, Azərbaycanın ilk qadın deputatlarından biridir.
1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir.
Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur.
1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir.
1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.
SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur.
"Lenin ordeni", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.
Sona Nuriyevaya çoxlu oçerk, şeir və s. həsr olunmuşdur.
Mənbə NURİYEVA Sona Piri qızı
Kateqoriya:Azərbaycanın qadın pilotları Kateqoriya:Azərbaycan hərbi pilotları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:SSRİ hərbi pilotları