Cavanşir Əmirşah oğlu Ağayev () — kriminal avtoritet, qanuni oğru.

Həyatı Cavanşir Ağayev 18 dekabr 1967-ci ildə Bakıda anadan olmuşdur. Əslən Xızıdan olduğuna görə kriminal çevrələrdə "Dağlı Cavanşir" kimi tanınmışdır. Yasamalda 21 saylı orta məktəbdə təhsil almışdır.

Cavanşir Ağayev 1978-ci ilin aprel ayında ilk məhkumluğunu yaşayıb, 6 il müddətində azadlıqdan məhrum edilib. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki uşaq islah əmək müəssisəsində, həddi-buluğa çatandan sonra isə ciddi rejimli kolonda çəkib. İkinci dəfə 1985-ci ildə həbs olunub. Üzərindən Makarov və APS tapançaları tapılıb.

Cavanşir Ağayev 22 mart 1995-ci ildə Bakıda Yasamal ərazisində MTN əməkdaşları ilə atışma zamanı güllə yarasından həlak olub. Atışma zamanı Cavanşirə silahı yerə qoyub təslim olmaq əmri verilsədə müqavimət göstərməyə çalışıb, nəticədə zərərsizləşdirilib.

"Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Qanuni oğrular Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar