Müsəlləm () — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən Lernadzor kənd icmasına daxil olan kənd.

Kənd Qafan şəhərindən 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Əcili çayının solunda, səfalı düzənlikdə yerləşir.

Tarixi

Etimologiyası Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Sadə quruluşlu toponimdir.

Əhalisi Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.60–61, 136–137. 1918-ci ildə əhalisi qovulmuşdur. 1922-ci ildə əhalinin az hissəsi qayıtmış və yenidən məskunlaşmışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri Mürvət Şərifov — "20 Yanvar Şəhidi" fəxri adını almışdır.

Ədəbiyyat Musa Urud, "Zəngəzur", Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Sabir Əsədov, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası", Bakı, "Gənclik", 1995. Səməd Qarayev, "Qazangöl həsrəti", Bakı, 2002. Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan

İstinadlar

Kateqoriya:Qafan rayonunun kəndləri