Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur.
1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir. Kilsənin memarı Ferdinand Lemkul olub.
Sovet işğalında Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. 1936–1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu. Kilsənin son keşişi Emil Royş ilk dəfə 1931-ci ildə həbs olundu. Daha sonra azadlığa buraxılsa da 1937-ci ildə təkrar həbs edilərək, antisovet təbliğatda və dini təbliğatda günahlandırılaraq NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum edildi. 1941-ci ildə almanlar sürgün edildikdən sonra kilsə öz fəaliyyətini dayandırıb. Sonralar burada Mədəniyyət evi, Müəllimlər evi və Tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərib
Müstəqillikdən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsənin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
1990-cı illərdə binada uzun müddət təmir-bərpa işləri aparılmadığından qəzalı vəziyyətə düşüb. 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycandır" layihəsi çərçivəsində kilsə binası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib, kilsənin yerləşdiyi ərazi abadlaşdırılıb, ətrafında park salınıb. Kilsədə dini ayinləri eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılıb.
Həmçinin bax Xilaskar kilsəsi Müqəddəs İohann kilsəsi
İstinadlar
Xarici keçidlər
"Xristian irsimizi tanıyaq": Alman lüteran kilsəsi (Şəmkir, 1909) Şəmkir Alman Lüteran kilsəsi Alman Lüteran kilsəsi ilə tanışlıq / Azərtac
Kateqoriya:Şəmkir rayonunun abidələri Kateqoriya:Alman kilsələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı lüteran kilsələri Kateqoriya:Şəmkir rayonundakı dini tikililər