Feliks Edmundoviç Djerzinski ( , , ) — sovet dövlət xadimi, Rus və Polşa inqilab hərəkatının üzvü. Ən çox "Dəmir Feliks" ləqəbi ilə tanınır. Həmçinin, "Qanlı Feliks" və ya "FD" ayamasıyla da tanınmışdır. SSRİ kəşfiyyat idarəsi olan "ÇEKA"nın qurucusu kimi də tanınır.
Həyatı Feliks Dzerjinski 11 sentyabr 1877-ci ildə Rusiya imperiyasının Vilno quberniyasının Dzerjinovo malikanəsində anadan olmuşdur. 1895-ci ildə Dzerjinski Litva sosial-demokratiyası sıralarına daxil olur, onun inqilabi qanadına qoşulur, peşə və fabrik şagirdləri dərnəklərinə rəhbərlik etmişdir. 1896-cı ildə gimnaziyanı tərk edir və peşəkar inqilabçı olur. 1897-ci il, mart-iyul aylarında Kovnoda inqilabi iş aparır, qeyri-leqal polyak qəzeti buraxır, Aleksotadakı tətilə rəhbərlik edir. 1897-ci il, 29 iyulda Dzerjinski həbs olunur. 1898-ci il, 24 mayda Vyatka quberniyasına sürgün olunur. 1899-cu ilin avqustunda sürgündən qaçır. Dekabrda Varşavaya gəlir və "Sosial-Demokrat Fəhlə İttifaqı"nı yaradır. 1900-cü ildə yenidən həbs olunaraq, Varşava qalasının X pavilyonuna salınır. 1901-ci ilin oktyabrında Dzerjinskinin Şərqi Sibirə sürgünə göndərilməsi barədə qərar qəbul olunur. 1902-ci ilin mayında Dzerjinski Aleksandrovsk mərkəzi həbsxanasının siyasi məhbusların etiraz nümayişinə rəhbərlik etmişdir. 1903–1904-cü illərdə isə "Çervonı ştandar" qəzetinin nəşrinə rəhbərlik etmişdir. 1904-cü ilin dekabrında gizli surətdə Varşavaya gəlmiş, 1905-ci il, 1 mayda Varşavada 1 may nümayişini təşkil etmişdir. iyulun 30-da yenidən həbs olunsa da, 2 noyabrda həbsxanadan azad edilir. 1906-cı ilin aprelində RSDFP-nin IV qurultayında Dzerjinski ilk dəfə olaraq Leninlə görüşür. İyulda Dzerjinski RSDFP MK-nın heyətinə daxil edilir. Avqust-sentyabr aylarında isə Peterburqda işləyir. 1917-ci il, 7 noyabrda Dzerjinski Oktyabr silahlı üsyanında fəal iştirak edir. 1919-cu il, martında RK(b)P MK üzvü seçilir. 30 martda Dzerjinski Xalq Daxili İşlər Komissarı olur. 1920-ci il, 5 apreldə RK(b)P MK Plenumu Dzerjinskini RK(b)P MK Təşkilat Bürosu üzvlüyünə namizəd seçir. Feliks Dzerjinski 20 iyul 1926-cı ildə Moskvada qəflətən vəfat etmişdir.
Mənbə A. Tişkov. Dzerjinski. Bakı, Gənclik, 1989.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:RK(b)P-nin XIV konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin X konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin IX konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Qırmızı terroru törədənlər Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Marksistlər Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri Kateqoriya:SSRİ nazirləri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin IV qurultayının nümayəndələri Kateqoriya:RSDF(b)P-nin VII konfrasının nümayəndələri