Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır.

1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir.

Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.

Diskoqrafiya 1970 — UFO 1971 — Hinten 1972 — Känguru 1973 — Guru Guru 1973 — Don't Call Us, We Call You 1974 — Dance of the Flames 1974 — Der Elektrolurch 1975 — Mani und seine Freunde 1976 — Tango Fango 1977 — Globetrotter 1979 — Hey du 1987 — Jungle 1993 — Shake Well 1995 — Wah Wah 1996 — Mask 1997 — Moshi Moshi 2000 — 2000 Gurus 2005 — In the Guru Lounge 2008 — PSY 2011 — Doublebind 2013 — Electric Cats

Xarici keçidlər

Guru Guru rəsmi web səhifəsi Guru Guru Allmusic səhifəsi Mani Noymayer ilə müsahibə

Kateqoriya:Almaniya musiqi qrupları Kateqoriya:1968-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Almaniya rok-qrupları