Ansi Aqolli () — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır.
Klub karyerası
Tirana Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu.
Neuxatel Ksamaks İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu.
Lyusern Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
VPS və Tiranaya qayıdış Aqolli VPS-da 33 oyunda 1 qol vurdu.2008-ci ilin iyul ayında Aqolli Tiranaya geri qayıtdı. Aqolli 36 oyunda 5 qol vurdu. Həmin il Albaniya Superliqasının qalibi oldu.
Krivbas 2009-cu ilin aprel ayında Aqolli Tirana nümayəndəsi ilə görüşüb, 4 may tarixində razılıq əldə etdi.Lakin Aqolli 2009-cu il iyul ayının əvvəlində Ukrayna Premyer Liqası klublarından Krivbas'a transfer olundu və bu klubda 13 matçda çıxış etdi.
Qarabağ 2010-cu il iyul ayında Aqolli Qarabağ ilə 1 illik müqavilə imzaladı.Aqolli 2012-ci ildə isə yenidən müqavilə imzaladı.Futbolçu bu müddətdə 6 dəfə Azərbaycan Premyer Liqasını, 3 dəfə isə Azərbaycan Kubokunu qazandı. Aqolli 2016-2017 mövsümünün sonunda isə yeni müqavilə imzaladı. Daha iki mövsümü "Qarabağ" klubunda keçirib, növbəti 2 çempionluğunu əldə edən Aqolli 2018/19 mövsümünün gedişində klubdan ayrıldı. Yarımçıq mövsümə görə yayda Bakıya dəvət olundu və çempionluq medalı ilə təltif olundu. thumb
Nyu-York Kosmos 2019-cu il mart ayında Aqolli Nyu-Yorkun 3cü klubu olan Kosmos ilə müqavilə imzaladı. Dahi Pele-nin də vaxtilə formasını geydiyi Kosmos-da ilk mövsüm B komandasında çıxış etsə də, 2020-dən etibarən əsas komandaya qoşuldu.
Milli Komanda karyerası
Albaniya 21 yaş altı millisi Aqolli ‘‘Albaniya 21 yaş altı millisində’’ 6 matçda oynadı.
Albaniya millisi Aqolli Albaniya millisində ilk matçına Qazaxıstan qarşısında çıxdı.Aqolli Albaniyanın kapitanı olmuşdur və 2018-ci ildə yığma karyerasını bitirmişdir.
Avro 2016 Ansi Aqolli 21 may 2016-cı ildə Albaniyanın Avro 2016 üçün ilkin 27 nəfər arasına alındı.31 may 2016-cı ildə isə Aqolli 23 nəfərlik heyətdə özünə yer tapdı.Aqolli Avro 2016-da 3 matçda da oynadı.Albaniya A qrupunda 3 xalla 3-cü oldu. thumb|Aqolli Albaniya forması ilə
Karyerasının statistikaları
Klub MövsümKlubLiqaLiqaKubokUEFABaşqaCəmiOyun Qol Oyun Qol Oyun Qol Oyun QolOyun QolTirana2000–01Albaniya Superliqası10———102001–0230———302002–0360—1010802003–04231—11112532004–05314—20003342008–0929570——365Cəmi93100041219912Apoloniya2002–03Albaniya Superliqası121———121Cəmi121———121Ksamaks2005–06İsveçrə Super Liqası2932110—324Lyusern2006–078000——80Cəmi 3732110—404VPS2007Veikkausliqa18000——180200815100——151Cəmi 33100——331Krivbas2009–10Ukrayna Premyer Liqası13000——130Cəmi13000——130Qarabağ2010-11Azərbaycan Premyer Liqası3101060—3802011–123114061—4122012–1327140——3112013–143412080—4412014–1526040120—4202015–1624040110—3902016–1721030120—360Cəmi1943220551—2614 Karyera cəmi383183116012147622
Beynəlxalq qolları № Tarix Yer Sıra Rəqib Hesab Nəticə Çempionat 1 10 iyun 2009 Albaniya 11 Gürcüstan 1-1 1-1 Dostluq matçı 2 12 avqust 2009 Albaniya 12 Kipr 5-1 6-1 Dostluq matçı
Uğurları
Klub Tirana Albaniya Superliqası (3): 2003-04, 2004-05, 2008-09 Albaniya Kuboku (2): 2000-01, 2001-02 Albaniya Superkuboku (3): 2000, 2002, 2003 Qarabağ Azərbaycan Kuboku (3): 2014-15, 2015-16, 2016-17 Azərbaycan Premyer Liqası (4): 2013-14, 2014-15, 2015-16, 2016-17
Şəxsi Qarabağda mövsümün oyunçusu (1): 2014-15
İstinadlar
Xarici keçidlər National Football Teams profili Football Database profili
Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Tiranada doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Tirana FK futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner Albaniya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Ukraynada legioner futbolçular