Mədəni inqilab – 1965-ci ildə Çin Xalq Respublikasında nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədilə Mao Tszedun məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Xunveybinlər ("qırmızı keşikçilər") və tszyaofanlar ("qiyamçılar") partiya komitələrini və nazirlikləri dağıdır, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələri zəbt edirdilər. İri partiya işçiləri, yazıçılar, alimlər üzərində istehzalı "məhkəmələr" qururdular. Bütün bu hərəkətlər "mədəni inqilab" adını aldı. O, XX əsrin 60-cı illərində Qərbdə gənclər hərəkatlarının bir çox liderlərini ruhlandırmış və Mao Tszedunu sol radikal gənclərin pərəstişkarına, kumirinə çevirmişdi. Lakin Çinin özündə "mədəni inqilab" kütləvi zorakılıqlar və ümumi xaos yaratdı: həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına ağır zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tszedunun özünün göstərişi ilə ordu ölkədəki situasiyanı öz nəzarəti altına aldı"Mədəni inqilab".

İstinadlar

Kateqoriya:1960-cı illərdə Çin Kateqoriya:1965-ci ildə Çin Kateqoriya:XX əsr inqilabları Kateqoriya:Çin tarixi Kateqoriya:Sosializm tarixi Kateqoriya:Vandalizmə məruz qalmış sənət əsərləri Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:Çin mədəniyyəti Kateqoriya:Çində qətliamlar