Norman Şvartskopf (; ) — 1991-ci ildə İraqın Küveyti işğal etməsindən sonra bu ölkəyə qarşı keçirilən hərbi əməliyyata rəhbərlik etmiş amerikalı general. 1934-cü il təvəllüdlü Norman Şvartskopf Vyetnam müharibəsinin veteranıdır. 1990-91-ci illərdəki Körfəz müharibəsi zamanı Səddam Hüseynin qoşunlarının Küveytdən çıxarılması ilə nəticələnən “Səhrada fırtına” və "Səhranın qılıncı" adı verilən hərbi əməliyyatlara rəhbərlik edib. Müharibədən sonra o, ABŞ-nin ən yüksək dövlət mükafatlarından olan Azadlıq Prezident Medalı ilə təltif edilib.
Norman Şvartskopf 2012-ci il dekabrın 27-də 78 yaşında vəfat edib.
İstinadlar
Kateqoriya:ABŞ generalları Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Vyetnam müharibəsi iştirakçıları Kateqoriya:Amerikalı masonlar