I Juan (; ) — X Portuqaliya kralı və Avis sülaləsinin banisi. 1383-1385-ci illər taxt böhranı dövründə taxta çıxaraq ölkəni Kastiliya təhlükəsindən qorudu. Onun dövründə Portuqaliya siyasi sabitlik qazandı, İngiltərə ilə ittifaq möhkəmləndi və dəniz kəşflərinə zəmin hazırlandı.

Juan 1357-ci ildə Lissabonda dünyaya gəldi. Atası kral I Pedro, anası isə kralın evlənmədiyi məşuqəsi Tereza Laurenko idi. Juan uşaqlıqdan Aviz ordeninin baş ustadı oldu və bu dini-hərbi təşkilatın rəhbəri kimi hərbi və siyasi təcrübə qazandı.

1383-cü ildə kral I Ferdinand geridə oğul varis qoymadan vəfat etdi. Taxtın varisi onun qızı Beatrisa idi, lakin Beatrisa Kastiliya kralı I Xuan ilə evli olduğundan, Portuqaliya xalqı ölkənin Kastiliya ilə birləşdirilməsindən narahat idi.

Bu dövrdə Avisli Juan xalqın və zadəganların dəstəyi ilə Portuqaliya müstəqilliyini müdafiə etmək üçün liderliyə yüksəldi. 6 aprel 1385-ci ildə Koimbradakı Korteslər birliyi tərəfindən qanuni kral elan olundu. Kastiliya ilə toqquşmaların nəticəsində 14 avqust 1385-ci ildə baş verən Aljubarrota döyüşü oldu; burada Juanın ordusu Kastiliya kralını məğlub etdi və onun hakimiyyəti rəsmən möhkəmləndi.

I Juanın kral seçilməsi Portuqaliyanın suverenliyini qorudu və ölkəni Kastiliya işğalından xilas etdi. O, yerli əyanlarla yaxın münasibətlər qurdu və idarəçiliyi sabitləşdirdi. 1386-cı ildə Vindzor müqaviləsi ilə Portuqaliya-İngiltərə ittifaqı quruldu. 1387-ci ildə I Juan, İngiltərə kralı III Eduardın nəvəsi Lankasterli Filippa ilə evləndi. Bu evlilik, siyasi baxımdan əhəmiyyətli idi və uzunmüddətli müttəfiqlik yaratdı. Cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi.

I Duarte, Portuqaliya kralı Pedro, Koimbra hersoqu Enrike, Vizey hersoqu İzabella, Burqundiya hersoginyası Juan, infant Ferdinand, infant

Mənbə

Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ).

İstinadlar

Kateqoriya:Lissabonda doğulanlar Kateqoriya:Lissabonda vəfat edənlər Kateqoriya:Portuqaliyada doğulanlar Kateqoriya:Portuqaliyada vəfat edənlər Kateqoriya:Portuqaliya kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri