Abbas Rzayev () — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.

O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir.

Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940

Teatr səhnəsindəki rolları Sevil (1931)-Babakişi Romeo və Cülyetta (1937)-Montekki Vaqif (1938)-Şeyx Alı

Filmoqrafiya Mahnı belə yaranır (film, 1957)-Xanapi Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Dağlarda döyüş (film, 1967)- Feyzi Poçt qutusu (film, 1967)-Kəndli Qanun naminə (film, 1968)-Kəndli Mənim əziz atam (1970) Yeddi oğul istərəm... (film, 1970)-Kənd sakini Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Yaqub kişi Qızıl qaz (film, 1972) Ağasadıq Gəraybəyli (film, 1974)-Vəzir ("Fərhad və Şirin") Bakıda küləklər əsir (film, 1974)-Həsənzadənin qonşusu

İstinadlar

Mənbə Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.

Kateqoriya:Azərbaycan aktyorları