Nikolas Sebastian Kanales (; d. 27 iyun 1985, Santyaqo, Çili) — Neftçi Bakı klubunun keçmiş və Çili milli futbol komandasının hücumçusu.

Karyerası Nikolas Kanales 1985-ci ildə Çilinin Santyaqo şəhərində anadan olub. Uşaqlıqda Universidad de Chile klubunun futbol akademiyasında oynayıb, 2005-ci ildə isə bu klub ilə müqavilə imzalayıb. Gələn il Nikolas doğma komandasını tərk edir və Portuqaliyada Benfika B klubunda, daha sonradan Gondomar komandasında top qovur. 2007-ci ildə yaxşı formada olan Nikolas Kanales Rumıniyanın köklü klublarında olan ÇFR Kluj ilə 3 illik müqavilə imzalayır, lakin ÇFR-də əsas heyətə düşə bilmir və 2008-ci ili icarə əsasında Union Espanola, 2009-cu ili isə Cobresal klubunda keçirir. 2010-cu ildə Nikolas Kanales Çiliyə qayıdır və Palestino klubu ilə iki illik müqavilə imzalayır. Burada Nikolas əsas oyunçulardan birinə çevrilir, 73 oyuna 34 qol vurur və 2012-ci ilin mart ayında Çili milli futbol komandasına çağırılır. 2012-ci ildə Nikolas Kanales Neftçi Bakı klubuna transfer olunur və hal-hazırda Nikolas Azərbaycan Premyer Liqası 2012/2013-ün ən yaxşı bombardiridi.

Xarici keçidlər Neftçi Bakı PFK saytında profili Statistikası PFL saytında məlumatı

Həmçinin bax

Kateqoriya:Çili futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Çili milli futbol komandasının oyunçuları Kateqoriya:Rumıniyada legioner futbolçular Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Qazaxıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:ÇFR Kluj futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular