Nadir Zeynalov () — Azərbaycan SSR əməkdar rəssamı (1976).

Həyatı Nadir Əlimuxtar oğlu Zeynalov 27 avqust 1928-ci ildə Bakıda anadan olub. 1943–1949-cu illərdə Azərbaycan rəssamlıq məktəbində təhsil alıb. 1949–1955-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

16 mart 1987-ci ildə vəfat edib.

Fəaliyyəti 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi fəaliyyətə başlamışdır. "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi 40-a yaxın filmin yaradılmasında iştirak edib. İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı olub.

Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı

Filmoqrafiya Rəssam kimi

O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film) "Kazbek" qutusu (film, 1958) (qısammetrajlı bədii film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Yeni il gecəsində (film, 1958) (qısammetrajlı bədii film) Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) Həyat öyrədir (film, 1961) (qısammetrajlı bədii film) 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film) Romeo mənim qonşumdur (film, 1963) (tammetrajlı bədii film) Yenilməz batalyon (film, 1965) (tammetrajlı bədii film) Yun şal (film, 1965) (qısammetrajlı bədii film) İstintaq davam edir (film, 1966) (tammetrajlı bədii film) Qaraca qız (film, 1966) (qısammetrajlı bədii film) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) (tammetrajlı bədii film) Poçt qutusu (film, 1967) (qısammetrajlı bədii film) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) Yeddi oğul istərəm... (film, 1970) (tammetrajlı bədii film) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) Oxuyur Müslüm Maqomayev (film, 1971) (tammetrajlı bədii film) Mahnı qanadlarında (film, 1972) (tammetrajlı musiqili film) Bizim küçənin oğlanları (film, 1973) (tammetrajlı bədii film) Çarvadarların izi ilə (film, 1974) (tammetrajlı bədii film) Qatır Məmməd (film, 1974) (tammetrajlı bədii film) Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film) Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) (kinoalmanax) Qayınana (film, 1978) (tammetrajlı bədii film) Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) Gözlə məni (film, 1980) (tammetrajlı bədii film) Qorxma, mən səninləyəm (tammetrajlı bədii film) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) Köhnə bərə (film, 1984) (tammetrajlı bədii film) Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film) Xüsusi vəziyyət (film, 1986) (tammetrajlı bədii film) Yay günlərinin xəzan yarpaqları (film, 1986) (tammetrajlı bədii film)

Geyim rəssamı kimi Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film)

Haqqında çəkilən film Rənglərin dili ilə. Nadir Zeynalov (film, 2015) (qısametrajlı sənədli film)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan SSR əməkdar rəssamları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ film rəssamları