Naibə Səyavuş qızı Allahverdiyeva () — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018).

Həyatı Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Atası Səyavuş Allahverdiyev ilə anası Bilqeyis Məhərrəmqızı ayrılıblar. Dörd qardaşı, iki bacısı var. Rejissor Cahid Hilaloğlu Naibə Allahverdiyevanın ögey atasıdır.

Naibə Allahverdiyeva M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Orada ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb.

1994-cü ildən Gənc Tamaşaçılar teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda ilk rolu D. Mehdinin "O da mənəm, bu da" (rejissor Ağaxan Salmanlı) tamaşasında Nazlı rolu olmuşdur.

N. Allahverdiyeva maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanmışdır.

Ə. Əmirlinin "Bala bəla sözündəndir" tamaşasında Bibi, T. Kazımovun "Səsin sehri" tamaşasında Səfurə, A. Həsənzadənin "Mağara" tamaşasında Xatun, Ə. Dəmirçizadənin "Dədəm Qorqud" tamaşasında Burla Xatun, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Münəvvər, S. Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşasında Çimnaz rolları yaddaqalan, maraqlı obrazlardandır.

N. Allahverdiyeva bir kino aktrisası kimi də bir sıra filmlərdə çəkilmişdir. "Qara Volqa" filmində Rita, "Məhəbbətin hökmü" filmində Cevriyyə rolları aktrisaya tamaşaçı rəğbəti qazandırmışdır. Rusiyada rejissor Mixail Xleborodovun quruluşunda "Cənnətin kuryeri" filmində çəkilmişdir.

İstedadlı aktrisanın yaradıcılığı yüksək qiymətləndirilmiş və o, 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adı ilə təltif olunmuşdur.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə, 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

2023-cü ilin yanvar ayında səhhəti ilə bağlı sinəsindən əməliyyat olunub.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif O da mənəm, bu da Nazlı Ağaxan Salmanlı D. Mehdi Bala bəla sözündəndir Bibi Əli Əmirli Səsin sehri Səfurə 19 dekabr 1993 Ağakişi Kazımov Tahir Kazımov Mağara Xatun 1994 Vaqif Əsədov Aygün Həsənzadə Dədəm Qorqud Burla Xatun Loğman Kərimov Əbdüləzəl Dəmirçizadə Mənim ağ göyərçinim Münəvvər 2000 Loğman Kərimov Tamara Vəliyeva Çimnaz xanım yuxudadır Çimnaz Rafiq Əliyev Süleyman Rüstəm Pəri Cadu Şamama Cadu Nicat Kazımov Əbdürrəhim bəy Haqverdiyev Romeo və Cülyetta dayə 2011 Cənnət Səlimova Uilyam Şekspir Dörd əkizin nağılı Yelena xala 2013 Ağalar İdrisoğlu Panço Pançev Konnemarada bir kəllə Mericonni Kafferti 2014 Yan Vilem van den BoşSərvər Əliyev Martin Makdonah Sarıköynəklə Valehin nağılı Simuzər 2014 Bəhram Osmanov İlyas Əfəndiyev Qohumlar Amulanqa 11 iyun 2016 Boris Manciyev Vera ŞuqrayevaƏli Əmirli Leyli və Məcnun Leylinin anası 3 dekabr 2016 Nicat Kazımov Məhəmməd Füzuli

Filmoqrafiya Sürəyya (film, 1987) Qara "Volqa" (film, 1994) Mənim ağ şəhərim (film, 1993) Yarımştat (film, 1996) Məhəbbətin hökmü (film, 1998) Nigarançılıq (film, 1998) Bağdada putyovka var... (film, 2000) Olacağa çarə yoxdur (film, 2003) Bomba (film, 2005) Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-rol: aşpaz Əlvida, cənub şəhəri (film, 2006) İnterpapa (film, 2006) Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider tv) Bəylik dərsi (film, 2007) Laplandiyalı qonaq (film, 2009) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qız atası (serial, 2014) 100 kağız (film, 2015) Qardaşlar (serial, 2015) Cənnətin kuryeri (Rusiya)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları