İvan Franko adına Lvov Milli Universiteti () — Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Əvvəlcə universitet Yan Kazimirin adını daşıyırdı və Polşaya, sonra Avstriya-Macarıstana məxsus idi və artıq 1939-cu ildən isə Ukraynanın universiteti oldu.

Tarixi 1661-ci ilin 20 yanvarı Lvov Universitetinin yaranma tarixi hesab edilir. Bu gündə kral Yan ІІ Kazimir fərmanı dərc etdi, hansına ki uyğun olaraq, 1608-ci ildə yaradılmış yezuit kollegiyasına akademiya və "universitet titulu" statusu verilmişdir. Akademiyanın və universitetin hüquqlarının formal təsdiqi 1758-1759-cu illərdə baş vermişdir.

Lvov universitetinin Universitet küçəsində yerləşən əsas korpusunun indiki binası 1877-1881-ci illərdə memar Yu. Qoxberqerin rəhbərliyi altında tikilmişdir. Əvvəlcə binada Qalitsiyanın və Lodomeriyanın Ölkə seymi yerləşirdi. Əsas korpusun fasadı sütunlu böyük portiklə və lociya ilə bəzənmişdir. Girişdə heykəltaraşlıq alleqorik "İş" və "Təhsil" qrupları, çardağında isə "Qalitsiya, Visla və Dnestr" qrupları yerləşdirilmişdir. İşlər heykəltaraş T. Riqer tərəfindən yerinə yetirilmişdir. 1920-ci ildə bu bina Yan Kazimirin Lvov universitetinə verilmişdir.

2011-ci ilin məlumatına görə Universitetdə gündüz formasında 11 649 tələbə, həmçinin 2980 təhsil xərclərinin tam kompensasiyası şərtlərində, təhsil alırdı. Qiyabi formada 3680 tələbə, onlardan 2543 tələbə pullu əsasda, oxuyurdu.

Fakültələr və ixtisaslar Universitetdə təhsilin tam kursu 5 il təşkil edir. Ümumilikdə universitetdə 112 kafedra işləyir, hansılardan ki, dördü 2001-ci ildə açılmışdır. Aspirantura elmi kadrların hazırlığının əsas formasıdır ki, humanitar və təbii profillərin 89 ixsisası üzrə mütəxəssisləri hazırlayır. Bu gün Lvov Universitetində tələbələrin hazırlığı belə fakültələrdə həyata keçirilir: Biologiya Coğrafiya Geologiya İqtisadiyyat Elektronika Universitetə qədər hazırlıq Jurnalistika Xarici dillər Tarix Mədəniyyət və incəsənət Beynəlxalq münasibətlər Mexaniki-riyaziyyat Tətbiqi riyaziyyat və informatika Fizika Filologiya Fəlsəfə Kimya Hüquq

Reytinq 2008-ci ildə Ukrayna sahibkarlarının qiymətləri üzrə Lvov milli universiteti dördüncü yeri tutdu. 2012-ci ildə "Webometrics" dünya universitetlərinin reytinqində o Ukrayna Milli texniki universitetindən "Kiyev politexnik institutu", Taras Şevçenko adına Kiyev milli universitetindən, Milli aviasiya universitetindən və Draqomanov adına Milli pedaqoji universitindən geri qalaraq 2105-ci yeri tutdu və Ukrayna ali məktəbləri arasında altıncı nəticəni göstərdi.

Xarici keçidlər

Kateqoriya:Ukrayna universitetləri Kateqoriya:1661-ci ildə yarananlar Kateqoriya:Lvovda təhsil

Kateqoriya:1660-cı illərdə yaradılmış təhsil müəssisələri