thumb|right|250px|1 Lyuis funtu Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi.

Tarixi Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb. Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib.

3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir.

Dəyəri 1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).

İstinadlar

Kateqoriya:Funt Kateqoriya:Birləşmiş Krallıq