Ceyms Harrison Kobörn III () — ABŞ aktyoru. Ceyms Kobörn buddizmlə maraqlanmış, Brüs Linin dostu və tələbələrindən biri olmuşdur.
Həyatı Ceyms Kobörn 31 avqust 1928-ci ildə ABŞ-də Nebraska ştatının Lorel şəhərində Şotland-İrland və İsveç əsilli ailədə anadan olmuşdur. Onun atası mexanik olmuşdur. Ceymsin uşaqlıq illəri Kaliforniyanın Kompton şəhərində keçmişdir. 1959-cu ildə ilk dəfə olaraq film karyerasına başlayır. Həmin ildə Ceyms Beverli Kelli ilə ailə həyatı qurur. Onun ilk çəkildiyi filmlər vestern janrında olub. Bu müddət ərzində Ceymsin Harrison Kobörn IV (1961) və Liza (1967) adlı övladları dünyaya gəlir. 1979-cu ildə isə Ceyms həyat yoldaşından boşanır. 1980-ci illərdə Ceyms Kobörn xəstəlik səbəbindən ekranda çox az görünür. 1993-cü ildə Ceyms Pol O'Hara (1955-2004) ilə evlənir. Ceyms Brüs Li haqqında çəkilən sənədli filmdə rol almışdır. Ceyms Kobörn Kaliforniyanin Beverli-Hills şəhərində evində olan zaman 18 noyabr 2002-ci ildə ürək çırpınmasından vəfat etmişdir.
Mükafatlar 1975: Western Heritage Awards 1999: Oskar mükafatı
Seçilmiş filmoqrafiya İl Film Orijinal adı Rol 1963 Şarada Charade Teks Pantollou 1963 Günəşin tanrısı Kings of the Sun Narrator 1964 Emilinin Amerikanizasiyası The Americanization of Emily Pol Kamminqs 1966 Müharibədə nə etdiniz, ata? What Did You Do in the War, Daddy? Leytenant Kristian 1969 Çətin müqavilə Hard Contract Con Kanninhem 1972 Həkim Kerinin metodu The Carey Treatment Həkim Piter Keri 1979 Qızıl qız Goldengirl Cek Drayden 1981 Luker Looker Con Reston 1991 Hudzon qırğısı Hudson Hawk Corc Kaplan 1995 Qisas mələyi The Avenging Angel Porter Rokvell 1996 Dəlisov Professor The Nutty Professor Harlan Hartli 2002 Qar itləri Snow Dogs Ceyms Conson 2002 Amerikan silahı American Gun Martin Tillman
Xarici keçidlər
Kateqoriya:Kaliforniyada vəfat edənlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar