Afaq Bəşirqızı () — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" (2013) və "Şərəf" ordeni (2025) laureatı Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası.
Həyatı Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.
1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.
Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. "Bəxt üzüyü" filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çəkilib.
O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.
Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.
Mükafatları "Əməkdar Artist" fəxri adı "Xalq Artisti" fəxri adı "Şöhrət" ordeni Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü "Qızıl Dərviş" mükafatı (Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatı) "Prezident mükafatı" "Zirvə" mükafatı (Azərbaycan mədəniyyətinə dəyərli töhfə) "Sənətkar" ordeni (Azərbaycan Teatr Xadimləri İttifaqının ordeni) "Şəms" Milli Mükafatı (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə, mədəniyyət tariximizdə xidmətlərinə görə) "Vaqif Səmədoğlu" medalı (4 iyun 2020) "Şərəf" ordeni — 14 avqust 2025 “Teatr fədaisi” medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) — 4 sentyabr 2025
Teatr səhnəsindəki rolları
Lənkəran Dövlət Dram Teatrı (1973–1975) Tamaşanın adı Rol Tarix Rejissor MüəllifYaxşı adam Sərvinaz 1973 Əşrəf QuliyevMirzə İbrahimovSən yanmasan Dürdanə 1973 Əşrəf QuliyevNəbi XəzriMahnı dağlarda qaldı Fəxrəndə 1974 Mövsüm Mürsəlovİlyas ƏfəndiyevLənkəran xanının vəziri Pəri xanım 1975 Hüseyn SultanovMirzə Fətəli AxundovBayramın birinci günü Pakizə 1975 Məbud İsmayılzadəNazim Hikmət
Sumqayıt Dövlət Dram Teatrı (1975–1989) Humay-("Komsomol poeması", S. Vurğun, İ. Çoşqun) Klava-("Poladəridənlər", G. Bokarev) Nənə("Mən nənəyə evlənirəm", H. Muxtarov) Yoluq-("Xoruz və çalağan", F. Ağayev) Baronessa Ştral-("Maskrad", M. Lermontov) Dirijor-("İlahi komediya", İ. Ştok) Xəbərçi Xədicə, Aliyə-("Adamın adamı" və "Təhminə və Zaur", Anar) Ziba("Lənkəran xanın vəziri", M. F. Axundzadə) Tovuz qarı-("Bir cüt bədmüşk ağacı", Ə. Əyisli) Gülbadam-("Elburus evlənir", G. Xuqayev) Kəblə Ceyran-("Ayıl, bax bu dünyaya", H. Nəzirli) Qadın-("Bütün şərq bilsin", N. Həsənzadə) Bibi("Doğmalar", R. Əlizadə) Sənəm-("Yaxşı adam", M. İbrahimov) Zoya-("İtirilmiş məktub", İ. Karaçale) Nayman ana-("Əsrə bərabər gün", Ç. Aytamatov) Söylü, Şənbə xanım-("Bəxt üzüyü" və "Dağ tikirik", V. Səmədoğlu) Səməni - ("Toy olsun", İ.Məlikzadə) (2017-ci il)
Dövlət Gənclər Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Dadaşbala əməliyyatı Fatma xanım 1989 Hüseynağa Atakişiyev Rəhman Əlizadə Dağ tikirik Şənbə xanım, Süpürgəçi 1991 Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu Sultanqulu körpüsü Xanım 1990 Hüseynağa Atakişiyev İsi Məlikzadə
Azərbaycan Dövlət Musiqili Teatrı Tamaşanın adı Rol Tarix Rejissor MüəllifBəbirlinin kələkləri Xala 1989Vaqif AğayevRauf HacıyevSevgilimin anası Gülbadam 1989Cahangir Novruzov Georgi Xuqayev, Eldar MansurovQarğa məndə qoz var Ofelya xanım 1991Hüseynağa AtakişiyevCahangir Aslanoğlu, Həsənağa QurbanovSubaylarınızdan görəsiniz Səməni 1991Yaşar NuriSüleyman Ələsgərov, İsi MəlikzadəHicran Qızbacı 1992Firudin MəhərrəmovEmin Sabitoğlu, Sabit RəhmanO olmasın, bu olsun Sənəm 1998–2015Cənnət SəlimovaÜzeyir HacıbəyovBankir adaxlı Nisə 1998–2015Faiq ZöhrabovEmin Sabitoğlu,Tamara VəliyevaMəhəbbət oyunu Səltənət 2007Faiq ZöhrabovQeybulla Rəsulov,Cavanşir Quliyevİtkin ər Məleykə 2002Ədalət ZiyadxanovƏli ƏmirliMəsmə xala dayımdır Məsmə2007Ədalət Ziyadxanov R. Mustafayev, C. MəmmədovMən dəyərəm min cavana Güldəstə 2008Yusif ƏkbərovFaiq Sücəddinov, Tamara VəliyevaYeddi məhbusə anası Zalxa 2007Oruc QurbanovƏli Əmirli, Cavanşir QuliyevXanumaXanuma 2011 Qoça Kapanadze Avksenti Saqareli, Vladimir DolidzenKimyagər Kimyagər 2012Bəhram OsmanovMirzə Fətəli Axundov,Əjdər Ol,Səyavuş KərimiƏr və arvad Minnət xanım 2010Yusif ƏkbərovÜzeyir HacıbəyliŞəhərdə manyak var Qəmzə xanım 2009 Oruc İzzətoğluSərdar Fərəcov, Əziz NesinToya bir gün qalmış Roza 2015 Əsgər Əsgərov Əli Səmədli
Filmoqrafiya Bəşir Səfəroğlu (film, 1969) (Afaq Bəşirqızı) Evləri köndələn yar (film, 1982) (Darçınbəyim) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105) (Tərbiyəçi) Gözbağlıcı (film, 1986) (Aparıcı) Yaşıl eynəkli adam (film, 1987) (Zəhra) Bəxt üzüyü (film, 1991) (Söylü) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (Bağça müəlliməsi) Bala-başa bəla! (film, 1995) (Suğra) Yarımştat (film, 1996) (Ayka) Yaşıl eynəkli adam-2 (film, 1999) (Zəhra) Nekroloq (film, 2001) (Gülya) Yaşıl eynəkli adam-3 (film, 2002) (Zəhra) Dəvətnamə (film, 2003) (Arxiv kadrlarda iştirak edib) Girov (film, 2005) (Satıcı qadın) Qaynanamız (serial 2015) (Ağanaz) Həddən artıq uyğunluq (film, 2016) (Fatma xala) Bəxt üzüyü 2 (film, 2017) (Söylü)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Vaqif Səmədoğlu medalı ilə təltif olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Musiqili Teatrı şəxsləri