Abdulla İbrahim oğlu Muxtarov ()— Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.
Həyatı 24 dekabr 1918-ci ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordurAbdulla İbrahim oğlu Muxtarov. Milliyətcə saxurdur.
Bakı Dövlət Universitetinin professoru, Evli idi. İki övladı var. 17 may, 2013-cü ildə vəfat edib.
Təltif və mükafatlar "Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı" — 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı — 1970; "1974-cü il sosialist yarışının qalibi" — 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı — 1975 "Şərəf nişanı" ordeni — 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı — 1980; "Əmək veteranı" medalı — 1981; Azərbaycanın Əməkdar Elm Xadimi — 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 1998; BDU-nun "Xatirə" medalı — 1998
Kitabları Statistik fizika (1961) Kvant mexanikası (1999)
Elmi əsərləri Xarici ölkələrdə 50-yə yaxn elmi əsəri çap edilmişdir. Əsas elmi nailiyyətləri aşağıdakılardır:
Elmi rəhbərimlə birgə (Sokolov A. A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-ci il). Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il). Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam. Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin propaqatorlarını qurmuşam. Bu əsasda ete- dəstələrinin fermionlara, adronlara, bozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır. Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan Z-bozondan əlavə Z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır.
İstinadlar
Kateqoriya:Dağıstanda doğulanlar Kateqoriya:Saxurlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları