Bolqarıstanda Amerika Universiteti (, qısaca AUBG) — Bolqarıstanda yerləşən, ABŞ və Bolqarıstan akkreditasiyasına malik özəl universitet.

Tarixi AUBG 1991-ci ildə ABŞ və Bolqarıstan dövlətlərinin razılaşması əsasında yaradılıb. Universitet fəaliyyətə 1991-ci ilin 30 sentyabr tarixində 208 tələbə ilə başlayıb. Tələblərin üçdə ikisi xarici vətəndaşlardır. Universitetin 17 buraxılışında 3200 tələbə məzunu olub.

AUBG həm ABŞ, həm də Bolqarıstan akkreditasiyasına malikdir. Bütün dərslər ingilis dilində keçirilir. Universitetin həm bakalavr, həm magistr səviyyəsi vardır. Akademik qruplarda tələbələrin orta sayı 22 tələbədir. Ali məktəbin 9 fakültəsi vardır.

Həmçinin bax

Mənbə Amerika Universiteti Bolqarıstanda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bolqarıstan universitetləri Kateqoriya:1991-ci ildə yarananlar