XIV Karl (; ) — fransız əsilli İsveç-Norveç kralı. Bernadotlar sülaləsinin əsasını qoymuşdur.

Ailəsi və uşaqlığı Əsl adı Jan BernadotUlf Ivar Nilsson in Allt vi trodde vi visste men som faktiskt är FEL FEL FEL!, Bokförlaget Semic 2007ISBN 978-91-552-3572-7 səh.40 olan Karl 26 yanvar 1763-cü ildə Fransanın Pau şəhərində anadan oldu. Atası Jan Henri Bernadot (1711–1780) dövlət ittihamçısı idi. Jüls adını daha sonra özünə Yuli Sezarın şərəfinə almışdı.Bain, Robert Nisbet (1911). "Charles XIV.". Encyclopædia Britannica 5 (11th ed.). Cambridge University Press. səh. 931–932.

Ordu karyerası 1780-ci ildə Fransız ordusuna qoşuldu. İlk illərində Korsikada xidmətdə idi. 1794-cü ildə briqadir, Fleryus döyüşündən sonra isə general rütbəsi aldı. Bundan sonra Teiningen döyüşündə fərqlənən Bernadot 1798-ci ildə Vyanaya səfir təyin olundu. Fransız imperiyası yaradılarkən İmperiya Marşalları qrupuna daxil idi. 1802-ci ildə Napoleon onu Luiziana qubernatoru təyin etməyi düşünürdü. Lakin Britaniyanın Fransaya müharibə elan etməsi bu planlara mane oldu.Barton, Sir Dunbar Plunkett (1921). Bernadotte and Napoleon: 1763–1810. London: John Murray 1804-cü ildən 1805-ci ilədək imperiyanın Hannover qubernatoru oldu. 1805-ci ildə Austerlitz döyüşündəki müvəffəqiyyətinə görə 5 iyun 1806-cı ildə Pontekorvo knyazı titulu verildi. 1808-ci ildə Hanza şəhərlərinə qubernator təyin edilərkən İsveçin işğalı ona tapşırılmışdı. Vaqram döyüşündə itaətsizlik etdiyi üçün vəzifəsi də əlindən alınmışdı.

Vəliəhdliyə qəbulu Napoleon müharibələri zamanı İsveçdə məşhurlaşan Bernadot Roma qubernatoru olan vaxt İsveç kralı XIII Karlın onu oğulluğa götürməsi xəbərini eşitdi. Karl Otto Mörner adlı bir əyan onun namizədliyini irəli sürmüşdü. XIII Karlın 61 yaşı var idi, övladı yox idi və Holşteyn-Qottorp sülaləsinin İsveç qolu onunla birlikdə ölürdü. Karl, daha öncə öz uzaq qohumu Karl Avqustu oğulluğa götürsə də, gənc yaşda vəfat etmişdi. Bernadotun şahzadə seçilməsindəki əsas faktor Rusiyaya qarşı İsveç ordusuna başçılıq edə biləcək birinin gəlməsi idi. Napoleon bu qərarı absurd sayırdı, lakin qarşısını da almadı. 21 avqust 1810-cu ildə Bernadot rəsmən vəliəhd kimi qəbul edildi.

Vəliəhd kimi 2 noyabrda Stokholma gələn Bernadot ayın 5-i rəsmən Karl Yohan adını qəbul edərək vəliəhdlik mərasimində iştirak etdi. Həmçinin Lüteranizmi də qəbul etdi. 1813-cü ildə Fransanın düşmənləri olan VI Koalisiya ilə birləşərək Fransanı ağır məğlubiyyətə uğratdı. 1813-cü ildə Danimarka-Norveçi məğlub edərək Norveçi İsveçə birləşdirdi. Lakin Norveç xalqı üsyan edərək Danimarka şahzadəsi Kristianı taxta gətirdilər. Birillik müharibədə norveçliləri məğlub edən Karl İohann norveçlilərlə sülh bağladı və Norveç konstitusiyasını qəbul etdi.

Hakimiyyəti Karl İohann 5 fevral 1818-ci ildə III Karl İohann adı ilə Norveçdə, XIV Karl İohann adı ilə İsveçdə kral elan edildi. Hakimiyyəti dövründə avtoritar siyasət yürüdən Karl, azad medianın qarşısını alırdı. Buna görə 1823-cü ildən sonra populyarlığı azaldı. 18 fevral 1843-cü ildə gümüş yubileyini qeyd etdi.

Ölümü 26 yanvar 1844-cü ildə, 81 yaşında insulta tutuldu. Daha sonra özünə gəlsə də, 8 mart 1844-cü ildə vəfat etdi.

Ailəsi 16 avqust 1798-ci ildə Napoleonun ilk nişanlısı Dezire Klari ilə evlənmişdi.

Övladı: Oskar Bernadot — İsveç kralı (1844–1859)

Titulları 18 may 1804 – 26 sentyabr 1810: Jan Baptist Jüls Bernadot, Fransa marşalı 5 iyun 1806 – 26 sentyabr 1810: Jan Baptist Jüls, Pontekorvo knyazı 26 sentyabr 1810 – 5 noyabr 1810: Əlahəzrət Şahzadə İohann Baptist Jüls de Pontekorvo, İsveç şahzadəsiSuccession au trône de Suède: Acte d'élection du 21 août 1810, Loi de succession au trône du 26 septembre 1810 (fransızca) 5 noyabr 1810 – 4 noyabr 1814: Əlahəzrət Şahzadə Karl İohann, İsveç vəliəhdi 4 noyabr 1814 – 5 fevral 1818: Əlahəzrət Şahzadə Karl İohann, İsveç və Norveç vəliəhdi 5 fevral 1818 – 8 mart 1844: Əlahəzrət İsveç və Norveç kralı

Mükafatları Qızıl Dəri ordeninin 909-cu cəngavəri Qüllə və Qılınc ordeninin 28-ci böyük xaçı

Gerbləri frameless Pontekorvo knyazıframeless|243x243px Vəliəhdlik gerbiframeless Krallıq gerbiframeless|257x257px Monoqramı

İstinadlar

Kateqoriya:İsveç kralları Kateqoriya:Bernadotlar Kateqoriya:Fransa marşalları Kateqoriya:Fransız masonlar Kateqoriya:Norveç kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri