Rövşən Ramiz Məmmədəli oğlu () — şair, yazıçı, esseist, kinossenarist,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274. tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025).

Həyatı Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olubRamiz Rövşənin doğum günüdür . Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019).

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının xalq şairi fəxri adına layiq görülüb.

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Yazıçı Yaşar Əliyevin qardaşıdır. Tərcüməçi və vikipediyaçı Rövşən Ramizoğlunun atasıdır.RAMİZ RÖVŞƏNİN OĞLU "VARİS"də. musavat.com

8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Kitabları

Tərcümələri Aleksandr Blok. Şair; "Bir qız oxuyurdu kilsə xorunda…"; "Dünən olanlar bu gün tamam yadımdan çıxır" (şeir). "Xəzər", 2005, № 2, s.25–26. Aleksandr Sergeyeviç Puşkin. "Bir ac quzğun o birinə deyirdi" (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.188. Aleksandr Sergeyeviç Puşkin. Yorğun yolçu; Peyğəmbər dedi ki; "Bir ac quzğun o birinə deyirdi"; Matəm nəğməsi; At; "Gözəl qız, gördünmü mənim atımı…" (şeir). "Xəzər", 2014, № 1, s.22–28. Anna Axmatova. Qonaq (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.92. Federiko Qarsiya Lorka. "Elə bilirsən səni sevmək asandı, asan?"; Dayanıb ağlayır bir kərtənkələ; Böyürtkən (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.103; s.104; s.123. Qriqore Viyeru. Adın yazılan üzük; Meşə; "Evə tezdən qayıtdım" (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.60–61; s.118–119; s.122. Marina Svetayeva. "Bir babam skripka çalandı mənim…"; Canım-gözüm, neyləmişəm mən sənə (şeir). "Xəzər", 2014, № 2, s.12–15. Marina Svetayeva. "Sənin adın…"; "Yatır yollar yorğunu…"; "Bu dünyada hamının əlindən allam səni…"; "Varlı adam — sevdi kasıb bir qızı…" (şeir). "Xəzər", 2005, № 2, s.27–29. Marina Svetayeva. "Varlı adam sevdi kasıb bir qızı"; "Bu dünyada hamının əlindən allam səni"; Canım-gözüm, neyləmişəm mən sənə (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.25; s.149; s.150–151. Mixail Yuryeviç Lermontov. "İkisi də bir-birini dəli kimi sevirdi"; Dəniz şahzadəsi; Ballada (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.24; s.189–190; s.191–193. Semyon Kirsanov. Ünvansız məktub (şeir). "Xəzər", 2018, № 1, s.136–138. Semyon Kirsanov. Ünvansız məktub (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.156–162. Sergey Yesenin. Qara adam (poema). "Xəzər", 2004, № 3, s.18–22. Şarl Bodler. İblis duası; Saat; Gecə tövbəsi; "Ey sevinc mələyi, dərd çəkmisənmi?.." (şeir). "Xəzər", 2008, № 4, s.6–10. Vladimir Mayakovski. Müəllif bu sətirləri sevimli özünə həsr edir; Bu gün yolka olmayacaq; Atlarla yaxşı rəftar (şeir). "Xəzər", 2014, № 2, s.6–11. Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Sizə; Qulaq asın; Sergey Yeseninə (şeir). "Xəzər", 2005, № 1, s.18–26.

Filmoqrafiya Filmin adı İl Ssenari müəllifi Redaktor Şeir müəllifi Mahnımətnlərininmüəllifi Sinxronmətnlərinmüəllifi Mətn düzümü Filmin növü Qız qalası əfsanəsi 1923(2011-ci ildə filminbərpasından sonradialoqların mətnininmüəllifi)Tammetrajlı bədii film Şəbih 1971"Mozalan" satirik kinojurnalı № 2, 1-ci süjet Bulud niyə ağlayır? 1973Qısametrajlı cizgi filmi Pıspısa xanım və Siçan bəy 1974Qısametrajlı cizgi filmi Onun bəlalı sevgisi 1980Tammetrajlı bədii film Təkcə adanı özünlə apara bilməzsən… 1980Tammetrajlı bədii film Yol əhvalatı 1980Tammetrajlı bədii film Babamızın babasının babası 1981Tammetrajlı bədii film Söyüdlünün su dərdi 1982Qısametrajlı sənədli süjet-Mozalan № 75, 2-ci süjet Nizami 1982Tammetrajlı bədii film Əzablı yollar 1982Tammetrajlı bədii film Evlənmək istəyirəm 1983Tammetrajlı bədii film Tənha narın nağılı 1984Tammetrajlı bədii film Cin mikrorayonda 1985Tammetrajlı bədii film Humayın yuxusu 1985Qısametrajlı cizgi filmi Şəhərli biçinçilər 1986Tammetrajlı bədii film İşarəni dənizdən gözləyin 1986Tammetrajlı bədii film Fədailər 1986Qısametrajlı bədii süjet-Mozalan № 106, 4-cü süjet Özbaşınalıq 1986Qısametrajlı sənədli süjet-Mozalan № 103, 1-ci süjet Haram tikə 1986Qısametrajlı sənədli film-Mozalan № 110 Bəyin oğurlanması 1986Tammetrajlı bədii film Xüsusi vəziyyət 1986Tammetrajlı bədii film Süd dişinin ağrısı 1987Tammetrajlı bədii film Kişi sözü 1987Tammetrajlı bədii film Lovğa fil balası 1987Qısametrajlı cizgi filmi Araqarışdıran 1987Tammetrajlı bədii film Varlığa nə darlıq 1987Qısametrajlı sənədli süjet-Mozalan № 118, 1-ci süjet Təxribat 1989Tammetrajlı bədii film Şəhidlərdən şəhidlərə 1990Qısametrajlı sənədli film Qətl günü 1990Tammetrajlı bədii film Girişmə, öldürər 1990Tammetrajlı bədii film Gecə qatarında qətl 1990Tammetrajlı bədii film Almas İldırım 1991Qısametrajlı sənədli film Bəhanə 1991Qısametrajlı sənədli süjet-Mozalan № 161, 1-ci süjet Bəxt üzüyü 1991Tammetrajlı bədii film Şəbi-hicran 1993Qısametrajlı sənədli film Ac həriflər 1993Tammetrajlı bədii televiziya film-tamaşası Kamança 1993Tammetrajlı bədii televiziya filmi Prima 1994Qısametrajlı sənədli film Ağ atlı oğlan 1995Tammetrajlı bədii film Özgə vaxt 1996Tammetrajlı bədii film Füzuli-500 1997Qısametrajlı sənədli film Sarı gəlin 1998Tammetrajlı bədii film Xoşbəxt adam 1999Sənədli televiziya filmi Etimad telefonu 2001Tammetrajlı bədii film Ömür ağacı 2002Sənədli televiziya filmi Hacı Qara 2002Tammetrajlı bədii film Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003Qısametrajlı cizgi filmi Məkanın melodiyası 2004Tammetrajlı bədii film Küçələrə su səpmişəm 2004Tammetrajlı bədii film Arxada qalmış gələcək 2005Tammetrajlı bədii film Əlvida, cənub şəhəri 2006Tammetrajlı bədii film Məhkumlar 2006Tammetrajlı bədii film Cavid ömrü 2007Tammetrajlı bədii film Biz qayıdacağıq 2007Tammetrajlı bədii film Qala 2008Tammetrajlı bədii film Buta 2011Tammetrajlı bədii film İlahi məxluq 2011Tammetrajlı bədii film Tərsinə çevrilən dünya 2011Tammetrajlı bədii film Səhərə inan… 2011Tammetrajlı bədii televiziya filmi Maestro 2011Sənədli televiziya filmi Çölçü 2012Tammetrajlı bədii film Sübhün səfiri 2012Tammetrajlı bədii film Yarımçıq xatirələr 2015Tammetrajlı bədii film

Haqqında olan televiziya verilişləri Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi: Rüstəm İbrahimbəyov, rejissor: Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub) Burax gedim, ay işığı (film, 1987) (rejissor: Ramiz Həsənoğlu) Ağrı (film, 1993) (rejissor: Ramiz Həsənoğlu)

Mətnlərinin müəllifi olduğu mahnılar "Bağışla". Flora Kərimova "Ayrılıq". Azərin "Yalquzaq". Şəmistan Əlizamanlı "Bu ağac öləcək…". Mehriban Zəki "Bilirəm gələn deyilsən". Şəfa. "Bilirəm gələn deyilsən". Lamiyə

Filmlərdə səslənən şeirləri "Yağış yuyur, gün qurudur" (Əlvida, cənub şəhəri Mehriban Zəki)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

Ramiz Rövşən. Şeirlər Ramiz Rövşən. "Azərbaycansayağı hannibalizm" (esse) "Tanış səltənətin sultanı" Ramiz Rövşən. Şeirlər, Hekayələr Ramiz Rövşən şeirləri və haqqında Milli Metr: Ramiz Rövşən Geriyə baxanda — Ramiz Rövşən (24. sentyabr 2017)

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan dilinə tərcümə edənlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri