Qərbi Hsia Sülaləsi, Qərbi Xia sülaləsi (Çincə: 西夏; pinyin: Xī Xià) və ya Tanqut İmperiyası — 1032–1227-ci illər arasında indiki şimal-qərb Çinin Qansu, Şanşi və Ninqşa bölgərinin olduğu yerlərdə mövcud olmuş dövlət və eyniadlı sülalə.
Hökmdarları + Qərbi Hsia sülaləsi 明朝 (1038–1227)Doğum adıŞəxsi adıHəyat illəriİdarə etdiyi illərOlümündən sonra məbəd adıOlümündən sonra adları və məbəd adları müxtəlif sülalələrdən imperatorlar tərəfindən mənimsənilirdi, adətən adın başlanğıcında sülalənin adı şəklində ön şəkilçidən istifadə edirlər. Məsələn, Xun adında imperatoru, həmçinin Min Tay-szu adlandırırlar. Toba Veili Li Yuanhao 1003–1048 1038–1048 Cinqzonq Toba Lanqçuo Li Lanqçuo 1047–1067 1048–1067 Yizonq Toba Binqçanq Li Binqçanq 1060–1086 1067–1086 Hizonq Toba Kyanşun Li Kyanşun 1084–1139 1086–1139 Çonqzonq Toba Renhsiao Li Renhsiao 1124–1193 1139–1193 Renzonq Toba Çunyu Li Çunyu 1177–1206 1193–1206 Huanqzonq Toba Ankan Li Ankan 1170–1212 1206–1211 Hsianqzonq Toba Çunhsui Li Çunhsui 1163–1226 1211–1223 Şenzonq Toba Diyuanq Li Diyuanq 1181–1226 1266 Hsianzonq Toba Hsian Li Hsian ?—1227 1266–1227 Moju
Li Yuanhao Əslən Şahzadə Toba Çiçinin nəslindən gəlirdi. Sonq ordusunda general olduqdan sonra o 1038-ci ildə 500.000 nəfərlik özünə sadiq ordusu ilə dövlətə üsyan edərək öz dövlətini qurdu. 1044-cü ildə Sonq imperatoru ilə sülh bağladı. 10 il sonra oğlu tərəfindən öldürüldü.
Li Lanqçuo Bir yaşında taxta çıxsa da əsl hakimiyyəti 1061-ci ildə əlinə aldı. 6 il sonra qəflətən öldü.
Li Binqçanq Altı yaşında taxta çıxsa da heç vaxt anasının qəyyumluğundan qurtula bilmədi və 26 yaşında öldü.
Li Kyanşun Üç yaşında taxta çıxdı. O babalarının siyasətinə əks çıxaraq çinliləşməyin tərəfini tuturdu.
Li Renhsiao On altı yaşında taxta çıxdı. Məktəblər qurdu və öz əyanları imtahanla seçdi. 1170-ci ildə özünə qarşı sui-qəsd planının üstünü açanda generallarını edam etdirdi və orduya güvənməməyə başladı. Onun hakimiyyəti ən güclü dönəmdir.
Li Çunyu Onun dövründə çöküş başladı. Rüşvət baş alıb getməyə başladı. Çingiz xanın ard-arda qazandığı qələbələr əmisi oğlunun onu devirməsi ilə başa çatdı.
Li Ankan Li Çunyu'nu devirən Ankan, qonşu ölkələrlə sülhü pozdu və müharibəyə başladı. Bərbad siyasətdən təngə gələn əhali, qardaşı oğlunun başçılığı ilə üsyan qaldırıb onu devirdi.
Li Çunhsui Üsyan ilə hakimiyyətə gəlsə də özündən əvvəlki imperatorun siyasətini davam etdirməsi dövlətin çöküşünü sürətləndirdi.
Li Diyuanq O özündən əvvəlki imperatordan fərqli olaraq sülh siyasəti güdsə də elə həmin il də öldürüldü.
Li Hsian Monqol işğalına qarşı müqavimət göstərsə də zəlzələ nəticəsində şəhərin divarları uçdu və monqollar tərəfindən edam edildi.
İstinadlar
Kateqoriya:Çin tarixi Kateqoriya:Sülalələr Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:XII əsrdə Çin Kateqoriya:XIII əsrdə Çin