Əmrah Nemət oğlu Dadaşov — Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru.

Həyatı 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir. 1960–1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib

Namizədlik dissertasiyası – "Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı". 1986-cı il.

Doktorluq dissertasiyası – "Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı". 2004-cü il

2026-cı ilin iyulunda vəfat edib.

Əmək fəaliyyəti 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır

Tədqiqat sahəsi Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir.

Seçilmiş əsərləri "К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана", — Bakı Universitetinin Xəbərləri, 2003, № 2 "Обзор скотоводческой экономики периода палеометалла", — Bakı Universitetinin Xəbərləri, 2003, № 3. "Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана".- Bakı Universitetinin Xəbərləri, 2003, № 4. "Древнейшие земледельческие орудия в историографии Азербайджана" — Tarix və onun problemləri", 2003, № 2 "Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана" . – Bakı Universitetinin Xəbərləri, 2004, № 1 "О проблемах возникновения ранних форм производства" — Bakı Universitetinin Xəbərləri, 2006, № 4

Kitablar Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991. Скотоводческо-земледельческая экономика обществ палеометалла на территории Азербайджана. Baku, 2003 Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı". Bakı, 2008

Xarici keçidlər Tarixçi-Alimlərimiz professor Əmrah Dadaşov

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar