Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur. Bu mərhələdə qan yenidən oksigenini itirib, al-qırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır.

Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarları yoludur. Qan orqanizmdə öz hərəkətini böyük və kiçik qan dovranı ilə başa çatdırır. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı isə sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında bitir. Qanın damarlarda hərəkəti müxtəlifdir. Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80–85 mm-ə, arteriyalarda 30–35 mm-ə, kapilyarlarda isə 10–15 mm-ə bərabər olur. Hər dəfə ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. Bu zaman aorta və arteriyaların divarları ritmik rəqsi hərəkət edir ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir yığılmasına uyğundur və onu arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boyun yanlarında və s.) müşahidə etmək olar. Qanın damarlarda hərəkət surəti nəbz dalğalarının hərəkət surətinə uyğun gəlmir. Əgər aortada qanın hərəkət sürəti 0,3–0,5 m/saniyəyə bərabərdirsə, nəbz dalğalarının surəti iri aortada 6–9,5 m/saniyəyə çatır.

Qan dövranının dayandığı an, oksigenin ağciyərlərdən hüceyrəyə daşınması da dayanmış olur. Qan dövranının pozulması qan və qırmızı qan hüceyrəsi itkisi (qanaxma, ciddi qansızlıq), qan damarlarının uyğunlaşmazlığı və ya tıxanması halında (şok), ürəyin qanı qovma gücünün dayanması və ya qeyri-kafiliyi (ürək dayanması) kimi hallar buna misal ola bilər. Qan dövranının pozğunluqları bir neçə dəqiqədə insana ölüm gətirə bilər. Bədəndə qan dövranının normal işləməməsinin ilk əlamətləri baş gicəllənmələri, çətin görmə, unutqanlıq kimi əlamətlər sayılır. Xüsusilə xəstənin ayaqda olduğu zamanda bu proses daha gözə çarpır. Çünki qan, öz ağırlığı ilə yerin cazibə qüvvəsi üzündən beyindən uzaqlaşır. Bu səbəblə xəstəni dərhal kürək üstə yerə yatırtmaq, aşağı ətraflara bir qədər yuxarı vəziyyət verməklə beyninin yenidən qanla təchizatını təmin etmək lazımdır.

Tarixi thumb|left|Uilyam Harvey thumb|right|Marçello Malpigi Uilyam Harvey qan dövranının və ürəyin funksiyasının ilk dəfə izahını verən məşhur ingilis həkimidir.Bəzi alimlər hesab edirlər ki, ingilis həkimi və botaniki Uilyam Harveydən öncə qan dövranını XVI əsrdə yaşamış italyan həkimi və botaniki Andrea Çezalpino izah etmişdir. Ərəb alimləri isə qan dövranının 1242-ci ildə məhz İran alimi İbn Nəfis tərəfindən kəşf edildiyini iddia edirlər Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" () adlı kitabı haqlı olaraq fiziologiya tarixində ən lazımlı kitab sayılır. Harvey bu kitabı düz 13 ilə işləmişdir.François Boustani, La Circulation du sang: entre Orient et Occident : l’histoire d’une découverte, Philippe Rey, 2007. Hazırda bizim malik olduğumuz qan dövranı haqqında sadə və aydın təsəvvürümüzə görə Harveyin nəzəriyyəsinə borcluyuq. Belə ki, bizə belə adi görünən məlumatlar Harveyə qədərki bioloqlara aydın deyildir. Onların ürək və qan damarları haqqında təsəvvürləri tam başqa idi: 1) Aristotel və Qalen nəzəriyyələrinə görə qida qaraciyərdə qana çevrilir və venalar vasitəsilə orqanlara daşınır; 2) ürək qanı qızdırır; 3) arteriyalar hava ilə doludur; 4) ürək həyat ruhu istehsal edir; 5) arteriya və venalar qanla dolub boşalaraq bir dəfə ürək istiqamətinə, ikinci dəfə isə əks istaqamətdə hərəkətdə olur. Məşhur həkim Qalen coxlu sayda meyitlərin yarılmasında şəxsən iştirakına baxmayaraq heç təsəvvürünə də gətirə bilmirdi ki, qan cərəyan edir. Bunu heç biologiya ilə dərindən maraqlanmış Arximed də təsəvvür edə bilmirdi. Hətta Harveyin kitabı işıq üzü görəndən sonra da bir çox alimlər, həkimlər onun bu ideyasına şübhə ilə yanaşırdılar və inana bilmirdilər ki, qan insan bədənində daim qapalı sistemdə cərəyan edir və ürək bu cərəyanı enerji ilə təmin edir.2011-ci il. "Həqiqət üçün sevgi", "Navarra Universiteti" illüstrasiyaMichael Servetus Research Study with graphical proof on the Manuscript of Paris and many other manuscripts and new works by Servetus

Harvey ilk dəfə olaraq qanın cərəyanını sadə riyazi hesablama ilə izah etmişdir. O göstərirdi ki ürək hər vurğusunda 2 unsiya qan vurur. Nəzərə alsaq ki hər dəqiqədə ürək 72 dəfə vurur onda nəticə etibarilə hər saatda ürək 540 funt qanı aortaya vurur. Bu ədəd insanın öz çəkisindən və malik olduğu qanın kütləsindən qat-qat çoxdur. Bununla Harvey gösərirdi ki, eyni həcmli qan daim ürək vasitəsilə cərəyan edir. O bu qənaətə 10 il ərzində apardığı eksperimentlərin və davamlı müşahidələrin sayəsində gəlmişdir. Harvey öz kitabında aydın şəkildə göstərirdi ki, arteriya vasitəsilə qan ürəkdən çıxır və venalar vasitəsilə ürəyə qayıdır.

Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" kitabı 1628-ci ildə dərc edilmişdir. Məşhur italyan həkimi və bioloqu Marçello Malpigi məhz həmin ildə anadan olmuşdur. Malpigi Harveyin dərc etdiyi "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" kitabından 50 il sonra mikroskopun köməyi ilə ağciyər kapilyarlarını müşahidə edərək, Uilyam Harveyin izahını verə bilmədiyi vena və arteriya arasındakı əlaqənin, dalağın limfa düyünlərinin, qan cisimciklərinin, dilin dad məməciklərinin quruluşunun təsvirini vermişdir. Marçello Malpigi tərəfindən kəşf edilmiş orqan və strukturlar onun şərəfinə adlandırılmışdır. Uzun müddətdən sonra ingilis kimyaçı və botaniki Stiven Heylz (1677–1761) ilk dəfə olaraq arterial və venoz qandakı təzyiqi ölçərək insanın bədinindəki qan dövranın ilk sxemlərindən birini hazırlamışdır.Biología: la vida en la tierra Escrito por Gerald Audesirk, Teresa Audesirk, Bruce E. Byerspag, p. 550.

Açıq qan dövranı Bu tip dövran sistemi molyusklar və buğumayaqlılar kimi onurğasızların böyük bir qisminə aiddir. Onurğasızların əksəriyyətinin bədənində sirkulyasiya edən hemolimfa adlanan maye vardır. Heyvanlar hərəkət edərkən yaranan əzələ hərəkətlərini hemolimfa təmin edir. Lakin maye axışının bir hissədən digərinə istiqamətləndirilməsi məhduddur. Ürək boşaldığında qan açıq məsamələr vasitəsilə ürəyə geri dönür. Hemolimfa bədənin içini (hemosöl) tamamilə əhatə edir və bütün hüceyrələrə sarılır. Hemolimfa su, duzlar və orqanik mürəkkəblərdən meydana gəlir. İlk oksigen daşıyıcı molekul isə hemosiyanindir. Hemosiyanində kapilyar damarlar yoxdur. Ayrıca, hemosit olaraq adlandırılan hüceyrələr vardır ki, bunlar hemolimfada müstəqil bir şəkildə sirkulyasiya edir və antropod immunitet sistemində rol alırlar. Açıq qan dövranı dərisi tikanlılarda (dəniz şabalıdı, dəniz ulduzu və s.), oynaq qıçlılarda (hörümçək, arı, ağcaqanad və s.) və yumşaq bədənli onurğasızlarda (dəniz anası və s.) rast gəlinir.

Qapalı qan dövranı Qapalı qan dövranı sisteminin ana strukturları ürək, qan və qan damarlarıdır. Bütün onurğalıların və halqalı soxulcanlar (Analıda filimi) ilə başıayaqlıların (Cephalopoda sinfi) dövran sistemləri bağlıdır; yəni qan, qan damarlarından ibarət olan sistemdən çıxmayaraq bu damarlar sisteminin içində gəzir. Qan damarları arteriya, kapilyar damar və venalardan meydana gəlir. Arteriyalar oksigenləşmiş qanı toxumlara daşıyarkən, venalar oksigenləşməmiş qanı ürəyə geri daşıyar. Qan arteriyalardan venalara kapilyar damarlar yoluyla keçər ki, kapilyar damarlar ən incə və ən çoxsaylı qan damarlarıdır. Qan damarları genişlənərək (vazodilasion) və ya daralaraq (vazokonstriksion) qanın lazımlı bölgələrə istiqamətləndirilməsini təmin edə bilər. Məsələn, sıx məşq əsnasında qan bağırsaqlardan, o anda sıx bir şəkildə qida və oksigenə ehtiyacı olan skelet əzələlərinə istiqamətləndirilə bilər.

Məməlilərin dövran sistemlərində qan bir tam dövranda ürəkdən iki dəfə keçir. "Pulmoner" dövran, yəni kiçik qan dövranı, qanı ürək ilə ağciyər arasında daşıyır; sistemik dövran, yəni böyük qan dövranı da qanı ürək ilə bədənin digər hissələri arasında daşıyır. Balıqların dövran sistemlərində isə qan bir tam dövranda ürəkdən bir dəfə keçir. Qan ürəkdən qəlsəmələrə ürək nasosu ilə vurulur və sonra bədənin qalan hissəsinə axır. Qan, qəlsəmələri tərk etdikdən sonra təzyiqi böyük nisbətdə düşür; bu səbəblə, məməlilərin dövran sisteminə nisbətlə, həyatı orqanlara qan axışı həm daha yavaş, həm də daha az təzyiqlidir. Bu tip bir dövran sistemi məməlilərə uyğun deyil, çünki bu qədər aşağı təzyiqdə böyrəklər təsirli şəkildə işləyə bilmir. Qapalı qan dövranı qanın ürək və damarlar sistemiylə işidir. Qapalı qan dövranı ilk dəfə torpaq soxulcanında tapılmışdır. Onurğalıların hamısında qapalı qan dövranı vardır. Balıqlarda ürək 2, qurbağada isə 3 kameralıdır və onların bədənlərində çirkli qan dövran edir. Sürünənlərdə ürək 3 kameralıdır və ürək qarıncığında yarım pərdə vardır. Timsahlarda pərdə tamdır, çirkli və təmiz qan "Panizza" adı verilən bir kanalda qarışır.

Onurğasızlarda qan dövranı Daha primitiv canlılardakı dövranın tipik nümunəsi, süngərlər və Dalayıcılardakı dövrandır. Bu canlıların içində yaşadıqları su, bədən hüceyrəsindəki dəliklərdən orta boşluğa doğru çəkilər. Suyun axışı kirpikciklərin nizamlı hərəkətləriylə davam etdirilər və suyun "boşaldam dəliyi" (osculum) adı verilən dəlikdən yuxarı doğru dövranı təmin edilər. Bu cür dövran, bədən hüceyrələrinin içində üzdükləri mayenin oksigen və qida maddələrinin tükənməyəcəyi bir şəkildə yenidən dolmasını təmin edər.