Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə () — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir.
Məzmun
Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar.
Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir. Lakin Ticarət Federasiyası Nabu planetinin paytaxtına hücum edir və 14 yaşlı kraliça Padme Amidalı əsir götürürlər. Cadeylər Padme Amidalı xilas edərək Qalaktika paytaxtı Korusanta çatmaq istəyirlər ki, anlaşılmazlığı barış yolu ilə həll etsinlər. Ticarət Federasiyası Amidal gəmisinə ciddi zərbə endirirlər. Amma R2-D2 nömrəli astroidlər gəmini təmir etməyi bacarırlar və cadeylər xilas olurlar. Cadeylər gəmini Tatuin adlısəhra planetində saxlamağa məcbur olurlar. Onlar burada anası Şmi Skayuoker ilə birlikdə toydarians Uottonun köləliyi altında yaşayan texnikanı yaxşı bilən 9 yaşlı uşaq Znakin Skayuoker ilə rastlaşırlar. Kvay-Qon Cinn qədim adətlərə görə onu seçilmiş hesab edir.
Səhrada maşın yarışmasında Cadeylər məhz Znakin Skayuokerin hesabına qalib gəlirlər. Cadeylər Uottodan gəmini təmir etmək üçün lazım olan detallar alaraq uşağı köləlikdən xilas edirlər. Znak Padme ilə birgə cadeylərə qoşularaq buranı tərk edirlər. Bu zaman Qara sitxlərin başçısı şagirdi Dart Molu kraliçanı və gəmini tapmaq üçün göndərir.
Kvay-Qon Cinn Korusanta gələn zaman onlara Znakini təqdim edir. Korusant Nabu ilə kansler Finis Velorumun dəqiq fikrə gələ bilməməmsi üçün mübahisəni həll edə bilmir. Bu səbəbdən kraliça Amidalın tapşırığı ilə Finis Velorumun vəzifəsinə Palpatin gəlir. Kraliça Amdial artıq gözləyə bilmir və Ticarət Federasiya ilə mübahisəni şəxsən özü həll etmək istəyir. Amdial cadeylərin müşahidəsi ilə Nabu planetinə yola düşür.
Kraliça Amdial Nabuda qunqanların köməyini istəyir. Bu zaman qunqanlar onunla razılaşırlar. Qunqanlar Ticarət Federasiyanın droid və tankan ordusu ilə döyüşərkən cadeylər kraliça ilə birlikdə saraya hücum edir. Həmin müddətdə Skayouker ulduz-qırıcısının içinə düşür və Ticarət Federasiyanın mərkəzi komandanlığını partladaraq buranın ordunu iflic vəziyyətinə salır.
Artıq qələbə yaxınlaşmaq üzrədir. Kvay-Qon Cinn və Dart Mol gəmidə rastlaşaraq döyüşməyə başlayırlar. Lakin bu zaman Kvay-Qon Cinn ağır yaralanır. Obi-Van Kenobi Dart Moulla vuruşaraq ona qalib gəlir. Kvay-Qon Cinn ölməmişdən əvvəl Kenobidən Zinkanı cadey etməyi istəyir və ölür. Qaranlıq kabusu Qalaktikanı bürüyür və qara sitxlar geri qayıdırlar. Filmin sonunda Kenobi Zinkanın müəllimi olur.
İstinadlar
Xarici keçidlər
Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi MovieMistakes.com saytında
Kateqoriya:Ulduz müharibələri filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Corc Lukasın filmləri Kateqoriya:1999-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Sualtı yerlər haqqında filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Hartfordşirdə çəkilən filmlər Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:İngilis dilində elmi-fantastika macəra filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Bəstəkar Con Vilyamsın filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Lucasfilm filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Yadplanetlilərin hücumu haqqında filmlər Kateqoriya:Köləlik haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi-fantastik müharibə filmləri Kateqoriya:Sidneydə çəkilən filmlər Kateqoriya:Kinematoqrafda irq mübahisələri