Hakan Peker () — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar.

Həyatı Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.

Albomlar 1989: Bir Efsane 1990: Camdan Cama 1991: Hey Corç - Seni Unutmalı 1992: Düş ve Fantezi 1993: Amma Velakin 1994: Yıllardan Sonra 1995: Ateşini Yolla 1997: Salına Salına 1998: Dünden Bugüne 2000: İlla ki 2001: Canım İstedi 2003: Aşk Bana Lazım 2004: Yak Beni 2006: Gece Gözlüm 2011: Karamela

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Türkiyə müğənniləri