Disturbed — 1994-cü ildə ABŞ-də yaranmış heavy metal/nu metal qrupu. 2000-ci ilin oktyabrında "The Sickness" adlı ilk albom işləri satışa çıxarılan Disturbed, «Stupify», «Voices» və «Down with the sickness» işləriylə adını qısa müddətdə eşitdirməyi bacarır. 2002-ci ilin Mart ayında çıxardıqları "Believe" adlı albomları və burada yer alan «Prayer», «Remember» və «Liberate» kimi hitləriylə Disturbed, bir çoxları tərəfindən bəyənilir və getdikcə tanınmağa başlayır. 2005-ci ilin Mart ayında çıxardıqları "Ten Thousand Fists" adlı albomları və burada yer alan «Guarded», «Stricken», «Just Stop» və «Land of Confusion» kimi mahıları ilə Disturbed, dünya səviyyəsində pərəstiş ordusunu genişləndirməyi bacarır. Qrup, Transformerlər filmi üçün «This Moment» adlı mahnı da yazmışdır. Qrup 1994-cü ildə yaranmasına baxmayaraq, heyətin formalaşması 1996-cı ilə qədər davam etmişdir. Qrup formalaşdığı gündən bu yana 5 studiya albomu çıxarmış və bu albomlar bütün dünyada 13 milyondan çox satmışdır. Hansılar ki, son illər ərzində qrupu müvəffəqiyyətə daşıyan ən yaxşı rok albomları kimi qiymətləndirilir. Qrup hazırladığı bir çox film, kompüter oyunu və digər layihələrdə istifadə edilmişdir.
Diskoqrafiya Studiya albomları 2000 - The Sickness 2002 - Believe 2005 - Ten Thousand Fists 2008 - Indestructible 2010 - Asylum 2015 - Immortalized
Yığma albomları (toplu) 2011 - The Lost Children
Konsert albomları (live) 2004 - Music as a Weapon II
Kateqoriya:ABŞ metal musiqi qrupları Kateqoriya:1994-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:1996-cı ildə yaranan musiqi qrupları