Məzmun Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir.

Film haqqında Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov

Sponsor Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Kateqoriya:Azərbaycan–Hindistan münasibətləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər