Məzmun Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır.

Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən.

Film haqqında Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Heyvanlar haqqında cizgi filmləri