Məzmun Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar.
Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Xarici keçidlər Filmi izlə https://www.youtube.com/watch?v=uctpxYY0t14&list=PLA1B56F11FCC18CAB&index=10
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:"Debüt" Studiyası Kateqoriya:Ermənistan azərbaycanlıları